Forumun “dəyirmi masası”nda müasir tibbin aktual məsələlərinə dair səmərəli müzakirələr aparılıb

Azərbaycan çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib

Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən təşkil edilən “dəyirmi masadaMolekulyar biologiya, biofizika, biotexnologiyamüasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativetik problemlər” mövzusunda müzakirələr aparılıb.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxış edərək əvvəlcə universitetin fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, təhsil ocağı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2015-ci ildə yaradılıb.

Rektor ölkəmizdə səhiyyə sahəsində əldə edilmiş nailiyyətlərə görə tibb ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Əziz Əliyev V Bakı Beynəlxalq Humanitar Forumunda 13 Nobel mükafatı laureatının iştirak etdiyini vurğulayaraq onlardan beşinin bu “dəyirmi masaya qatıldığını söyləyib. Rektor “dəyirmi masa” çərçivəsində keçiriləcək üç sessiyadaMüasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri”, “Molekulyar biologiya, biofizika və biotexnologiyanın müasir dövrdə innovasiyaetik problemləri” və “Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri” mövzularında müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, professor Pyotr Qlıboçkonun tədbir iştirakçılarına məktubu oxunub.

“Dəyirmi masa”nın “Müasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri” mövzusunda sessiyasında çıxış edən kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel bioloji sistemlərdən və onların tibb elminə töhfəsindən danışıb, təqdimat əsasında problemin mahiyyətini diqqətə çatdırıb.

ABŞ-ın İllinoys Universitetinin oftalmologiyavizual elmlər kafedrasının müdiri, professor Mark Rozenblat Bakıya ikinci dəfə səfər etdiyini deyərək ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib. Azərbaycanın zəngin mədəniyyətini və yüksək qonaqpərvərliyini xüsusi vurğulayan qonaq “dəyirmi masada Nobel mükafatçıları ilə səmərəli müzakirələrin aparılmasından məmnunluq duyğunu söyləyib.

Mark Rozenblat təhsil sistemindəki problemlərdən, texnologiyanın bu sahədə yaratdığı stresslərdən danışıb. Müasir cəmiyyətləri internetsiz təsəvvür etməyin mümkün olmadığını vurğulayan alim bildirib ki, internetin biotibdə də rolu böyükdür. Tibb sahəsində nəşr olunan məqalələr, jurnallar barədə danışan alim bu məqalələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, tibb peşəsini seçənlər bu sahənin mahiyyətini dərindən bilməlidirlər.

Proton Partners İnternational” şirkətinin təsisçisi və tibb direktoru, Bukingem Universitetinin Tibb Məktəbinin dekanı Sikora Karol Edvard bu gün bütün biliklərin texnologiya sayəsində sürətlə yayıldığını bildirib, onkologiya sahəsində problemlərdən, gələcəkdə ortaya çıxacaq çətinliklərdən danışıb.

Hindistan Səhiyyə Şurasının üzvü Müzəffər Əhməd ölkəsində səhiyyənin vəziyyəti barədə məlumat verib. O, səhiyyənin durumunu, tibb təhsilini, bu sahədəki problemləri və çatışmazlıqları diqqətə çatdırıb.

“Dəyirmi masa”nın “Molekulyar biologiya, biofizika və biotexnologiyanın müasir dövrdə innovasiyaetik problemləri” mövzusunda keçirilən sessiyasında kimya üzrə Nobel mükafatı laureatı Avraan Herşko protein sintezi, amin turşuları, funksiyalar barədə danışıb. O, proteinlərin hüceyrələrdə hərəkəti ilə bağlı təqdimatla çıxış edib.

Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada Etil Yonat isə proteinlərin genetik kodla bağlılığını faktlar əsasında izah edib. O, proteinlərin dərmanlarla reaksiyası, strukturunu dəyişən antibiotiklərin hazırlanmasının vacibliyindən söhbət açıb.

Peyvəndlərin potensialından və əhəmiyyətindən danışan fiziologiyaya tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel bildirib ki, əhalini qorumaq üçün peyvəndlərə ehtiyac var. O, xüsusilə də bu gün çox yayılmış “Zika” və “Ebola” viruslarına qarşı peyvəndlərin önəmini qeyd edib.

Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov molekulyar biologiyanın və biotexnologiyanın bioetik məsələlərinə toxunub. Bildirib ki, texnologiyaların inkişafı yeni elm sahələrinin meydana çıxmasına səbəb olub. O, təbabətdə müasir, yeni texnologiyaların tətbiqi sayəsində meydana çıxmış bioetik məsələlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, 1999-cu ildə ölkəmizdə UNESCO yanında “Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası” üzrə Milli Komitə yaradılıb. Qeyd edilib ki, Milli Məclisdə tibb sahəsində qanunların qəbulunda bioetikhüquqi tərəflər nəzərə alınır.

Ə.Əmiraslanov son illər yeni texnologiyaların inkişafından, ana bətnində döldə olan patologiyaların aşkara çıxarılmasından danışıb və bunun da bioetikhüquqi cəhətdən bir çox problemlər əmələ gətirdiyini söyləyib. Bildirib ki, ona görə də perinetal diaqnostika zamanı bioetik problemlər həll edilməlidir.

Milli Məclisin komitə sədri donorsurroqat ana məsələlərinə də toxunub. O, bir çox ölkələrdə donorluqsurroqat ana olmağın qadağan edildiyini söyləyərək deyib ki, bu məsələlər hüquqibioetik cəhətdən həll olunmalıdır.

Ölkəmizdə orqan transplantasiyası haqqında qanun qəbul edildiyini vurğulayan komitə sədri bu proses zamanı əməl ediləcək şərtlər barədə məlumat verib. Qeyd edib ki, bəzi əməliyyatlar texniki cəhətdən hazır olsa da, hüquqibioetik tərəfi həll olunmayıb.

Diqqətə çatdırılıb ki, molekulyar biologiyanın ən böyük uğuru orqan toxumalarının klonlaşdırılmasıdır. Heyvanlarda bu, həyata keçirilib. Orqanların klonlaşdırılmasına nail olunarsa, orqan transplantasiyasının problemi həll edilər. Ə.Əmiraslanov klonlaşdırmanın bir çox ölkələrdə qadağan olunduğunu söyləyib və bunun da əsas səbəbini onun hüquqibioetik tərəfinin həll olunmaması ilə izah edib.

Heç şübhəsiz molekulyar biologiya, biotexnologiyalar inkişaf edəcək. Lakin bununla bərabər onun hüquqibioetik tərəfi də çox vacibdir”, - deyə o qeyd edib.

Texas Universitetinin professoru Arun Banu molekulyar genetik test barədə çıxış edib. Bildirib ki, bunun vasitəsilə toxumalarda olan xəstəliklərin qarşısı alına bilər. O, əvvəlki vaxtlara nisbətən artıq bu testlərin qiymətinin ucuzlaşdığını söyləyərək deyib ki, genetik test sahəsində sürətli nəticələrə nail olunub.

ABŞ-ın Veyl Kornel Tibb Kollecinin professoru xanım Finkel Madelon Lubindəyirmi masa”da müzakirə olunan məsələlər səsləndirilən fikirlərə nəzər salaraq uşaq ana ölümləri probleminə toxunub.

Dəyirmi masa”nın üçüncü plenar ıclasıMüasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemlərimövzusuna həsr edilib.

Kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover çıxışında qeyd edib ki, müasir tibbin nailiyyətləri insan ömrünü uzatmağa nail olub. Dərmanlar haqqında danışan alim bildirib ki, tibbin inqilabı dərmanların icad edilməsi ilə başlayıb.

MD Anderson Xərçəng Mərkəzinin əməkdaşı xanım Frensis Karen Virciniya kliniki sınaqlardakı çətinliklərlə bağlı məlumat verib. O, MD Anderson Xərçəng Mərkəzinin fəaliyyəti haqqında danışaraq mərkəzin statistik göstəricilərini diqqətə çatdırıb, həyata keçirdikləri layihələrdən söhbət açıb.

Operations CISPRA Health Sciences” təşkilatının icraçı direktoru Arsen Kubataev bildirib ki, beynəlxalq əməkdaşlıqda əsas yeri universitetlər və tibbi klinikalar arasındakı əməkdaşlıq tutur. O qeyd edib ki, son dövrlər beynəlxalq fəaliyyətlər çox olub. A.Kubataev təmsil etdiyi qurumla əməkdaşlıq edən şirkətlər, qarşılıqlı fəaliyyətlər, kliniki tədqiqatların regionda potensialı barədə danışıb. Artıq tədqiqatların sayının artdığını qeyd edərək bu tədqiqatlar sahəsində görülən işlər haqqında məlumat verib.

Tibb elmləri doktoru, Azərbaycanın fəxri professoru Qelfqat Yevegeniy Borisoviç tibb elmi, təhsil, sağlamlığın qorunması sahəsində beynəlxalq əməkdaşlıq barədə təqdimatla çıxış edib. Vurğulayıb ki, beynəlxalq əməkdaşlıq səhiyyənin səviyyəsini qaldırmaq üçün əsas vasitələrdən biridir.

Mövzular ətrafında çıxışlardan sonra V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi səsə qoyularaq qəbul edilib.

Azərbaycan.-2016.- 1 oktyabr.- S.6.