V Bakı Beynəlxalq Humanitar Forumunun BƏYANNAMƏSİ

Azərbaycan çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib

Biz, 2016-cı il 29–30 sentyabr tarixlərində V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində toplaşmış siyasət, elm mədəniyyət xadimləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin kütləvi informasiya vasitələrinin nümayəndələri,

Birləşmiş Millətlər Təşkilatının Minillik Bəyannaməsini, BMT Baş Assambleyasının 2030-cu ilədək davamlı inkişafa dair 2015-ci il 25 sentyabr tarixli Qətnaməsini iqlim dəyişikliklərinə dair 2015-ci il 12 dekabr tarixli Paris Razılaşmasını rəhbər tutaraq;

Minillik Bəyannaməsində hədəflənmiş məqsədlərə nail olunmasında müəyyən irəliləyişlər əldə edildiyini vurğulayaraq;

çox sayda humanitar problemlərin, xüsusilə təhsil səhiyyə məsələlərinin həllinin mümkünlüyü, informasiya-kommunikasiya texnologiyalarının yayılması, “rəqəmsal fərqlər”in aradan qaldırılması, biliyə əsaslanan cəmiyyətin formalaşdırılması sahələrində qazanılmış əhəmiyyətli nailiyyətləri yüksək dəyərləndirərək;

davamlı inkişaf sahəsində 2030-cu ilə qədər nəzərdə tutulmuş yeni miqyaslı ambisiyalı ümumi gündəliyə sadiqliyimizi bəyan edərək insan kapitalının qorunması artırılmasının əhəmiyyətini vurğulayaraq;

insan ləyaqətinin, hüququn aliliyi, ədalət, bərabərlik, irqi, etnik mədəni müxtəlifliyə hörmət prinsiplərinin başlıca əhəmiyyət daşıdığını etiraf edərək insan kapitalının artırılmasının minilliyin məqsədlərinin gerçəkləşdirilməsində əsas şərt olduğunu hesab edərək;

hamını davamlı inkişaf sahəsində bəyan edilmiş 17 məqsədə nail olmaq üçün qüvvələri səfərbər etməyə bəşəriyyət qarşısında qoyulmuş 169 məsələnin həllində qərarlılıq nümayiş etdirməyəçağıraraq;

sülh olmadan davamlı inkişafı davamlı inkişaf olmadan sülhü qeyri-mümkün hesab edərəkvə bütün ölkələri, xalqları dünyadakı mövcud münaqişələrin təxirə salınmadan ədalətli həllinəçağıraraq;

davamlı inkişafı təşkil edən iqtisadi, sosial ekoloji komponentlərin həyata keçirilməsinin tarazlıqlı təmin olunmasının zəruriliyi ilə razılaşaraq;

bir çox ölkələrin davamlı inkişafı yolunda qısamüddətli uzunmüddətli müxtəlif proqramların tərtib olunmasını tələb edən böyük problemlərin hələ mövcudluğunu dərk edərək,

kəskinləşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu bunlarla əlaqədar humanitar böhranları insanların məcburi yerdəyişmələrini qətiyyətlə pisləyərək;

mədəniyyətlərarası, konfessiyalararası sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılmış nailiyyətlərə baxmayaraq, dünyada hələ ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük multikulturalizm siyasətinin nailiyyətləri imkanlarının nəzərə alınmaması hallarının olduğunu qeyd edərək;

gender bərabərliyi siyasətinə həssas təbəqədən olan insanların hüquqlarının təminatına sadiqliyimizi bəyan edərək;

yalnız humanitar etikanın əsas prinsiplərinin nəzərə alınmasının bütün intellektual, mədəni sosial potensialın səfərbər edilməsinin ekoloji sivilizasiya hüququnda təsdiqinin mümkünlüyünədiqqət yetirərək;

humanitar əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin informasiya texnologiyalarının böyük əhəmiyyətini nəzərə alaraq;

yaşadığımız planetin onun təbii ehtiyatlarının etibarlı qorunması, iqlim amilləri bioloji müxtəlifliyin mühafizəsi zərurətini nəzərə almaqla inkişafın texnologiyalardan istifadənin təminatı üçün qüvvələrin səfərbər olunmasını arzu edərək;

qloballaşma şəraitində elmi ictimaiyyətin XXI əsrin çağırışlarına adekvat cavab axtarışları, elmlərin konvergensiyası innovativ texnologiyaların, eləcə biotexnologiyaların çox sayda fəlsəfi etik problemlər meydana gətirdiyini xatırladaraq;

diskussiyalar geniş fikir mübadilələri çərçivəsində qlobal humanitar problemlərin

multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru;

insanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi;

jurnalistikanın informasiya dövrünə transformasiyası onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu;

davamlı inkişaf ekoloji sivilizasiya;

molekulyar biologiya, biofizika, biotexnologiya müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ etik problemlər;

texnologiyaların konvergensiyası gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları kimi aspektlərini nəzərdən keçirərək:

V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə səmərəli olduğunu heç şübhəsiz, beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə bundan sonrakı inkişafına layiqli töhfə verdiyini bəyan edirik;

yalnız insan kapitalına yatırılan sərmayələrin müasir dövrün çağırışlarına effektli cavabın, eləcə həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş idarəçilik, istehsal, elmi informasiya-kommunikasiya texnologiyalarının təkmilləşdirilməsinin əsas şərti olduğunu hesab edirik;

Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin multikulturalizmin nəzəriyyəsi təcrübəsinin inkişafına mühüm töhfə verdiyini qeyd edirik;

Azərbaycanda bütövlükdə insan kapitalının qorunması artırılması işində, eləcə əhalinin qaçqınlar məcburi köçkünlər kimi həssas qrupundan bu amilin davamlı inkişaf məqsədilə effektli istifadəsində yüksək nəticələr əldə olunduğunu ifadə edirik;

insan kapitalının, həmçinin fənlərarası ən yeni bilik bacarıqların inteqrasiyası, fasiləsiz təhsil proqramları eləcə bu sahədə əməkdaşlığın genişləndirilməsi yolu ilə inkişafının davamlı inkişafın vacib humanitar tərkib hissəsi olduğunu etiraf edirik;

sivilizasiyalararası, mədəniyyətlərarası və konfessiyalararası səmərəli dialoqun təşkili məqsədlərinə nail olunmasında informasiya texnologiyalarının və kütləvi informasiya vasitələrinin artan rolunu vurğulayırıq;

ekoloji sivilizasiya haqqında təsəvvürlərin formalaşdırılması zərurətinə, istehlak və istehsalın səmərəli modellərinin tətbiqini dəstəkləyən müxtəlif hərəkatların təşviqinə, təbii sərvətlərə qayğıkeş münasibət və iqlim dəyişiklikləri ilə bağlı lazımi tədbirlər görülməsinin vacibliyinə xüsusi diqqət yetiririk;

elmi ictimaiyyətin ən müxtəlif nümayəndələri, o cümlədən təbiət və humanitar elm sahələrinə mənsub alimlər arasında hərtərəfli fikir mübadiləsinin zəruriliyini dərk edirik və XXI əsrin çağırışlarına uyğun adekvat cavabların təmin olunmasında onların müasir və ənənəvi texnologiyaların konvergensiyası istiqamətindəki səylərini yüksək qiymətləndiririk;

humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli qurumları tolerantlığın və qarşılıqlı hörmət mühitinin formalaşmasına, müasir qloballokal çağırışların həllinə istiqamətlənmiş forum, konfrans və “dəyirmi masa”ları mütəmadi surətdə keçirməyə çağırırıq;

bu kimi forumların iki ildən bir keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edirik və Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə, Heydər Əliyev Fonduna, V Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına səmərəli fikir mübadiləsi və problemlərə ümumi baxışın formalaşması üçün yaradılan şəraitə görə dərin təşəkkürümüzü bildiririk;

bu Bəyannamənin qəbul edilməsini və onun humanitar sahədə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə istifadə olunmasını vacib sayırıq.

Azərbaycan.-2016.- 1 oktyabr.- S.7.