Bakıda “Avropa şəhərciyi-2016”nın açılışı olub

Oktyabrın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə səyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi-2016” festivalını təşkil edib.

AZƏRTAC xəbər verir ki, Dənizkənarı Milli Parkda baş tutan tədbirdə Avropa İttifaqına daxil olan 22 ölkənin mədəniyyətini, adət-ənənəsini və turizm potensialını əks etdirən stendlər quraşdırılıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri, xanım Malena Mard çıxış edərək bildirib ki, “Avropa şəhərciyi” Aİ-yə üzv ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.

Vurğulanıb ki, “Avropa şəhərciyi-2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahətlər, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və digər maraqlı proqramlar təşkil olunacaq. “Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir tədbirdir. Müsabiqə və viktorina qaliblərini isə xüsusi hədiyyələr gözləyir.

Diplomat hər kəsi əyləncə dolu gündən zövq almağa dəvət edib.

Sonra festival açıq elan olunub.

İştirakçılarqaspaço “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı, izza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu da yaxından izləmək imkanı əldə ediblər.

Festivalda xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı müxtəlif şoular da təşkil olunub.

Səs Azərbaycanlayihəsi iştirakçılarının ifası ilə davam edən festival məşhur fransız DJ David Vendetta skripkaçı Micah möhtəşəm konsert proqramı ilə iştirakçıların zövqünü oxşayıb.

Qeyd edək ki, sözügedən festival 2013-cü ildən etibarən keçirilir.

Azərbaycan.-2016.- 2 oktyabr.- S.8.