İLHAM ƏLİYEV “Tolerantlığın Azərbaycan modelini dünyanın ən mükəmməl nümunəsinə çevirdi

Roma Papası Fransiskin səfərinin nəticələri ölkəmizin dinlərarası qlobal dialoq və əməkdaşlıq platforması olduğunu növbəti dəfə təsdiq etdi

 

Dünyanın qanlı-savaşlı, ədalətsiz gərdişindən əsrlər boyu çıxış yolu arayan insanlar adətən belə yekun qənaətə gəliblər ki, qlobal kataklizmlərin əsas səbəbi dinlərarası qovğalar, məzhəb ayrılıqlarıdır. Bəşəriyyətə “xilas resepti” hazırlayan mütəfəkkirlərin fikrincə, səmavi dinlər arasında ideya vəhdətinin, əməl birliyinin yaranacağı təqdirdə münaqişələr aradan qalxa, problemlər əsaslı şəkildə azala bilər. Bu yönümdə təşəbbüslərin sayı-hesabı yoxdur. Amma hələ ki tək bir nəticə mövcud deyil...

Yaradanın vahidliyi və mütləqliyi məqamında (əsas da budur!) birləşib, fəqət müəyyən inanclarda, rituallarda fərqliliyi süni yolla qabardıb yüzilliklərdir milyonlarla məzlumun faciəsinə rəvac vermək - tarixin də, elə günümüzün də acı gerçəkliyidir...

 

Papa Fransiskin Azərbaycan vurğunluğu

 

Amma başqa seçimvar: Tanrıya bir olan inancı üç dinə bölüb, sonra isə süni yolla təriqətlərə parçalayan təfəkkürü aradan qaldırmaq əvəzinə, bu yanaşmaları, ruhani-fəlsəfi dünyagörüşləri səmərəli əməkdaşlıq və qarşılıqlı anlaşma formatında bir araya gətirmək, onlar arasında etimad mühiti formalaşdırmaq mümkündür.

Buna nail olmaq sülhün, təhlükəsizliyin, rifahın bərqərar edildiyi dünyanın quruculuğuna böyük töhfə olar. Azərbaycan artıq bunu bacarıb!

Dünyanın siyasi xəritəsində coğrafi ərazisi kiçik nöqtə ilə həkk olunan məmləkətimizin kainatın tolerantlıq atlasındakı hüdudlarının miqyası bəlkə də yüz min dəfə artıqdır! Roma Papası Fransiskin Bakı səfəri isə bu faktın ali səviyyədə qəbulunun növbəti təsdiqi idi.

“Tolerantlığın Azərbaycan modelidünya miqyasında qəbul edilən, öyrənilən və tədris olunan mükəmməl örnəkdir. Bu barədəki həqiqətlər tam danılmaz səciyyə daşıyır. Dünyanın dörd bir bucağında teoloqlar dinlərarası səmimi dialoqtam etimad arzusundan bəhs edərkən, xəyalı gerçəyə çevirən respublikamızı xatırlayırlar. Təsadüfi deyil ki, dünya dinlərinin liderləri öz zirvə görüşlərini məhz Azərbaycanda keçirirlər. Bu mövzuda ölkəmizdə baş tutan beynəlxalq forumların, konfransların sayı isə həqiqətən də artıq çoxluğundan unudulub.

Nəinki dinlərarası, hətta bir dinin təriqətləri arasında qanlı savaşların getdiyi bir zamanda Azərbaycan nümunəsi xüsusən nəzərə çarpır. Fərqli dinlərin ruhanilərinin öz təbəələrini açıq qarşıdurmaya, savaşa çağırdığı bir dönəmdə ölkəmizdə tam fərqli bir mənzərə var: Prezidentin süfrəsində Şeyxülislamla xristian və yəhudi icmalarının rəhbərləri bərabər əyləşir. Ramazanı, Pasxanı, Roş-ha-Şananı hər üç səmavi dinin təmsilçiləri birgə qeyd edir. Qafqazın ən böyük məbədi olan Heydər Məscidi bütün dini konfenssiyaların səmimi dialoq və faydalı əməkdaşlıq mərkəzinə çevrilib. Həm də sünnisindən şiəsinədək, “Əhli Beyt” aşiqlərindən vəhabilərə qədər bütün islami məzhəblər vəhdət halında dünyada yalnız Heydər Məscidində namaz qılırlar.

Tanrıya duaların ərəb, latın, yəhudi dilində səslənməsi heç bir fərq yaratmır. Əsas odur ki, Azərbaycanda Ulu Yaradana bir avazda - sevgi, etimad, sülh, ədalət dilində tapınırlar!

Odlar yurdunun tarixi həm də ən müxtəlif inancların, dinlərin minilliklər boyu dinc və bərabərlik şəraitində dialoqunu, qarşılıqlı ehtiramını əks etdirən etiqad salnaməsidir. Ən qədim atəşpərəstlik, xristianlıq və islam məbədləri ərazimizdə hələ də öz tarixi dəyərini yaşadır. Və indi dövlətin təşəbbüsü ilə inşa olunan kilsələrin, sineqoqların əhalinin dini tərkibinə görə say nisbəti heç də məscidlərdən az deyil.

Bu müsbət fərq ölkə hüdudlarından kənarda nə qədər möhtəşəm və bənzərsiz görünsə də, əslində, sadə azərbaycanlılar üçün bir o qədər sıradan hadisədir. Çünki dünyanın “multikulturalizm”, “tolerantlıq” adı verdiyi bu terminləri bəzən çətin tələffüz edən həmvətənlərimiz üçün onlar sadəcə azərbaycanlı kimi yaşamağın adi həyat tərzidir...

İudaizm ravvinləri “Biz İsraildən kənarda yalnız Azərbaycanda rahat ibadət edə bilirik, təqibdən qorxmuruq, antisemitizmdən narahat deyilik” söyləyirlər. Provaslav keşişləri tarixin bütün dövrlərində Azərbaycan xalqının dözümlü münasibətini və ehtiramını gördüklərini, azad etiqadlarına heç bir zaman maneə olmadığını Həştərxandan Vladivastokadək vəsf edirlər. Katoliklərin münasibətini isə Roma Papasından daha yaxşı kim izah edə bilər ki: “Sizin ölkədə dini azadlıqlar tam təmin edilib... Mən Azərbaycana bu torpağın zənginliyinə qəlbimdəki vurğunluqla gəlmişəm”.

 

Vatikan-islam dünyası əməkdaşlığında Bakı əsas istinad nöqtəsinə çevrilir

 

Roma papalarının səfərləri pastoral xarakterli olur və müxtəlif ölkələrdəki təbəələri, missionerləri ruhlandırmağa, mənəvi cəhətdən gücləndirməyə yönəlir. Son dövrlərdə isə bu səfərlər katolik kilsəsinin daxili görüşləri hüdudlarını aşıb və daha çox Vatikanın dünya siyasətində oynadığı rolu fəallaşdırmağa, ikitərəfli əlaqələri möhkəmləndirməyə hesablanır.

Roma Papası planetin şəriksiz ən nüfuzlu din xadimidir. O, dünyanın ən böyük məzhəbinin başçısı, 1 milyard 300 milyondan artıq insanın mənəvi lideri, “Müqəddəs Taxt-Tacadlı həm rəsmi, həm rəmzi bir səltənətin sahibidir. Papa Fransisk səfərlərə çox vaxt ayırır, amma sadə dillə desək, hər yerə getmir. Onun qarşıdakı üç illik səfər qrafikinə heç çoxmilyonlu katolik icmasına mənsub dövlətlər hələ düşə bilməyib. Bu baxımdan, cəmi 700 nəfərlik katolik icmasına malik Azərbaycana belə bir qüdrətli nüfuz sahibinin ziyarəti adi səfər sayıla bilməz. Demək, ölkəmizə səfərin mahiyyətində dayanan əsas məqam məhz Azərbaycanın dünya miqyasındakı əhəmiyyətli mövqeyi sivilizasiyalararası dialoq təşəbbüsündə öncüllüyüdür.

Bu ziyarəti labüd edən faktorlardan biri demokratik, dünyəvi, açıq cəmiyyət quruculuğu sahəsində müsəlman dövlətləri arasında öndə olan Azərbaycan vasitəsilə Vatikanın islam dünyası ilə təmasları daha da möhkəmləndirmək arzusudur. Dünyanın ən böyük dini birliyi olan Katolik kilsəsi müsəlman aləmi ilə artıq zərurətə çevrilən əməkdaşlıq münasibətlərində əsas platforma kimi Azərbaycanı da görür. Roma Papası Bakıdakı mesajları ilə əslində, ən demokratik islam ölkələrinin birindən bütün müsəlman dünyasına səsləndi dolayısı ilə özünə, kilsəsinə qarşı etimadın yaranmasına çalışdı.

Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olması gerçəkliyini Papa Fransisk bütün tədbirlərdə - Prezidentin qəbulunda, Azərbaycan ictimaiyyəti ilə görüşündə, Katolik kilsəsində Heydər Məscidindəki təmaslarında dönə-dönə vurğuladı.

Heydər Məscidində Roma Papasının islam, provaslav, yəhudi dini liderlərlə çəkilən fotosu, əslində, dünyanın həsrətində olduğu dinlərarası dialoq əməkdaşlığın gerçəyə çevrilməsinin rəmzi təsdiqi idi!

Bakıda bütün səmavi dinlərin nüfuzlu liderləri bəşəriyyəti insanları ayıran fərqlərə yox, birləşdirən dəyərlərə sahib çıxmağa səsləyən qlobal çağırışa imza atdılar!

bu təşəbbüsün məhz Heydər Məscidində - dünyada sülhün dinlərarası əməkdaşlığın yaranmasına böyük töhfələr vermiş şəxsiyyətin adını daşıyan Tanrı Evində gerçəkləşməsi həm Azərbaycanın tolerantlıq modelinin banisinin ruhuna böyük ehtiramının nümayişi idi!

İlham Əliyevin sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edən səfər kimi dəyərləndirdiyi ziyarətin olduqca müsbət nəticələri, şərh olunası çoxsaylı əlamətdar məqamları var. Əlbəttə, bu səfər hələ uzun müddət müzakirə olunacaq, gündəmin əsas mövzusuna çevriləcək. Həmçinin səfərin dünyanın 70-dən artıq ölkəsinin nüfuzlu KİV-ində əsas xəbərlər silsiləsində qeyd olunması Prezident İlham ƏliyevinSiz öz səfərinizlə bütün dünyanın diqqətini Azərbaycana cəlb etmisiniz. Bütün qitələrdə Sizin davamçılarınız, Sizi dəstəkləyənlər bu gün Bakıya baxırlar, ölkəmizlə, şəhərimizlə tanış olurlar, görürlər ki, dünyada, müsəlman aləmində müasir, dünyəvi, inkişaf edən ölkə varfikrinin real isbatı oldu.

 

İlham Əliyevin qəbulunda Roma Papası ənənəvi xristian təəssübkeşliyinə yox, ədalətə haqqa sahib çıxdı

 

Bütün pozitiv, təqdirəlayiq məqamlar arasından yalnız birini xüsusi vurğulamağa ehtiyac var. Bir müddət öncə Papa Fransisk Ermənistana səfər etmiş Qarabağ münaqişəsi ilə bağlı müəyyən anlaşılmaz, qeyri-konkret ifadələr işlətmişdi. Bu fikirlər isə əslində, işğalçını, Azərbaycanı qane etmişdi. Amma Bakı səfərində Papa Fransisk mövqeyini çox konkret, aydın izah etdi, bütün müəmmalara son qoydu. Şəhidlər Xiyabanını ziyarəti ilə Qarabağ fədailərinə ehtiramını bildirdi, torpaqlarımızın bütövluyü uğrunda aparılan ümummilli missiyaya dəstəyini rəğbətini nümayiş etdirdi. Qaçqın məcburi köçkünlərə xitabən deyilmişqanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk etmiş, əziyyət çəkən bu qədər şəxslərə böyük vəchlə yaxınlığımı bildirmək istəyirəmduası isə bir milyondan artıq həmvətənimizin acısından Roma Papasının tam məlumatlı olduğunu onların faciəsini dünya miqyasında ictimailəşdirdiyini sübut etdi.

Siyasətdə dünən - tarix, sabah isə müəmmadır, gerçək yalnız bu gündür. Günümüzün həm ən böyük siyasətçilərindən olan Roma Papası Fransiskin Qarabağ münaqişəsinə mövcud münasibəti isə doğrudur, Azərbaycanı qane edən səviyyədədir.

İlham Əliyevin qəbulunda Roma Papası ənənəvi xristian təəssübkeşliyinə yox, ədalətə haqqa sahib çıxdı!

Bu, İlham Əliyev diplomatiyasının, siyasətinin, liderliyinin növbəti zəfəridir!

Papa Fransiskin Azərbaycana çox müsbət münasibətinin formalaşmasında şəxsi əlaqələrin də rolu inkaredilməzdir. Onun Prezident İlham Əliyevlə, o cümlədən Mehriban xanım Əliyeva ilə sıx ünsiyyəti, fəal əməkdaşlığı yaranıb. Ötən ilin martında Azərbaycan rəhbəri Papanın qonağı olub və ikitərəfli münasibətlərin yeni inkişaf istiqamətləri müəyyənləşib. Həmçinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanın San Marçellinio, Pietro katakombalarının təmiri və bərpası aparılıb. Yəni Vatikanda Azərbaycanı çox yaxından tanıyır, onun rəhbərini dost sayırlar.

Roma Papası Prezident İlham Əliyevin “qlobal sülh və əməkdaşlıq” hərəkatına verdiyi böyük dəstəyi, daha doğrusu, bu hərəkatın önündə olduğunu da bilir və yüksək qiymətləndirir.

Əsrlərdir bəşəriyyətin “müqəddəs missiya” saydığı tolerantlıq təşəbbüsləri Azərbaycan miqyasında öz real təsbitini tapıb və təkmil modelə çevrilib. İndi bunu artıq dünya da görür, dəyərləndirir və sivilizasiyalararası, yəni həm də dinlərarası əməkdaşlığın ən uğurlu örnəyi kimi qəbul edir.

Roma Papası Fransiskin Bakı səfərinin nəticələri isə bu faktın ali səviyyəli növbəti rəsmiləşməsinə həm də “Müqəddəs Taxt-Tac” imzasını qoydu...

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2016.- 5 oktyabr.- S.1.