Qəlblərdə yaşayır

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Filosof, ictimai xadim, akademik Aslan Aslanovla ilk tanışlığım 1949-cu ildə olub. Həmin il Gədəbəydə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmaq niyyətində idim. Rus dilindən “3”, qalan imtahanların hamısından yüksək qiymət alıb universitetə qəbul olundum.

O vaxtlar “3” qiymət alanlara təqaüd verilmirdi. Maddi vəziyyətim isə çox ağır idi... Müəllimlərim kömək edirdi. Onların arasında Aslan Aslanov da var idi. O zaman Aslan müəllim estetika fənnindən bizə dərs deyirdi.

O vaxtlar Kolodeznaya 21-də (Kəhriz küçəsi) yerləşən yataqxanada qalırdım. Aslan müəllim universitetin ictimai işlərində çox fəal iştirak edirdi. Böyük hörmət nüfuz sahibi idi. Yaşadığımız yataqxananın küçəyə baxan tərəfində ona da bir otaq vermişdilər. Tanışların hamısı bilirdi ki, Aslan Aslanov ailənin  tək oğludur. Özü Ağstafanın Poylu kəndindəndir. Eloğlu”luqdan müəllimim olmağından istifadə edərək hərdən yataqxanada ona baş çəkirdim. Bir dəfə gördüm ki, Aslan müəllimin anası yanındadır. Ana-oğul məni çox mehriban qarşıladılar, yemək təklif etdilər. O vaxtlar rayondan gələn qohumlardan bəziləri Bakı restoranlarında da bizə qonaqlıq verərdilər.

İllər keçdi, fəlsəfə şöbəsini fərqlənmə diplomu ilə bitirib 1954-cü ilin sentyabr ayından universitetin Fəlsəfə kafedrasında laborant kimi fəaliyyətə başladım. Laboratoriya müdiri çox nüfuzlu professor Mehbalı Qasımov idi. İş mühitimin yaradıcıları cavan, enerjili müəllimlər - Firudin Köçərli, Aslan Aslanov, Məqsəd Səttarov, Şəmsəddin Cəfərov, Ənvər Əhmədov, Qədim Mustafayev, Fuad Qasımzadə, Həsən Şirəliyev başqaları idilər. Onların hər biri sonralar geniş  təfəkkürlü, müstəqil düşüncə tərzinə malik, görkəmli filosof alim kimi tanındılar. Az sonra Aslan Aslanov yeni yaradılmış Estetika kafedrasına müdir təyin olundu. Bununla da Azərbaycanda estetika elmi vətəndaşlıq hüququ qazandı. Xalq artisti, professor Mehdi Məmmədov, Asif Əfəndiyev, Camal Mustafayev, Rəhim Nağıyev bu kafedrada estetikadan dərs deyib daha da püxtələşdilər. Aslan müəllimin rəhbərliyi ilə Estetika kafedrası Azərbaycanda estetika üzrə alim müəllim kadrlarının hazırlanmasında müstəsna xidmətlər göstərdi. Çox keçmədi ki, Aslan müəllimin sayəsində Bakı Dövlət Universitetinin Estetika kafedrası Moskva Dövlət Universitetinin, o cümlədən digər ittifaq respublikalarından olan estetika mütəxəssisləri tərəfindən tanındı. Yaxşı yadımdadır, görkəmli estetik akademik Fedoseyevlə akademik Aslan Aslanov arasında çox ciddi əməkdaşlıq əlaqələri vardı.  Aslan Aslanovun yetirmələri hazırda respublikamızda müxtəlif elm tədris ocaqlarında, o cümlədən Gürcüstanda, Özbəkistanda Türkmənistanda da uğurla çalışırlar.

Aslan Aslanov doktorluq dissertasiyasını müdafiə edib professor adını aldıqdan sonra bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Hüquq İnstitutunda direktor vəzifəsində çalışdı. Onun buradakı kabinetində   alimlərlə, əməkdaşlarla, kənardan dəvət olunan mütəxəssis filosoflarla Azərbaycan fəlsəfi fikir tarixinə aid problemlər müzakirə olunardı. Aslan müəllim elmi fikir mübadiləsində həm mülayim, həm qətiyyətli idi. Az keçmiş professor Aslan Aslanov AMEA-nın müxbir üzvü, sonra da akademik seçildi. Akademik Aslan Aslanovun böyük nüfuza, idarəçilik qabiliyyətinə malik olması nəzərə alınaraq, ona AMEA-nın humanitar elmlər üzrə akademik-katib vəzifəsi etibar olundu. O, bu vəzifədə çox uğurla çalışdı. Təəssüf ki, qəfil ölüm onu aramızdan tez apardı.

Aslan müəllim Bakı Dövlət Universitetində o vaxtlar çox nüfuzlu məsuliyyətli vəzifələrdən sayılan partiya komitəsinin katibi vəzifəsində işləmişdi. O, bu vəzifəyə 1975-ci ilin noyabr ayında seçilmişdi. Bundan az sonra Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru vəzifəsinə təyinat aldı tez bir zamanda bu təhsil ocağında sevindirici uğurlara imza atdı, həm rektoru olduğu ali məktəbi şöhrətləndirdi.

Aslan Aslanov klassik estetik ədəbiyyatın nadir tərcüməçilərindən idi. Onun Aristoteldən Azərbaycan dilinə tərcümə etdiyiPoetika” əsəri indi də mütəxəssis estetiklərin və filosofların stolüstü kitabıdır. “Qısa estetika lüğəti”ni (Bakı, 1970, 464 səh.) Aslan müəllimlə birlikdə Azərbaycan dilinə tərcümə etmişik. Lüğətin elmi redaktoru məşhur ədəbiyyatşünas alim Əkbər Ağayev idi. “Qısa estetika lüğəti” oxucular tərəfindən çox rəğbətlə qarşılanmışdı. Estetikaya dair anlayış və kateqoriyaların düzgün ifadə edilməsi o vaxtlar böyük əhəmiyyət daşıyırdı. Görünür, elə bunun nəticəsidir ki, həmin lüğətə maraq indi də qalmaqdadır.

Akademik Aslan Aslanovun incə, qəlbləri riqqətə gətirən, könül oxşayan zəngin poetik dünyası var idi. Onun şeirləri bulaq suyu kimi “pıçıldaya-pıçıldaya” axıb gəlirdi.

Aslan müəllimin çoxlu dostları, həmkarları ilə yanaşı, ən yaxın ünsiyyət saxladığı, dərdini də açıb söyləyəndə düzgün başa düşüləcəyinə tam əmin ola biləcəyi yaxınları var idi. Bunlar görkəmli filosof alimlərimiz Firudin Köçərli, Məqsəd Səttarov, Şəmsəddin Cəfərov idi. Həm mülayim, həm xeyirxah, həm də qətiyyətli şəxsiyyət idi. Qəlbi və könlü büllur kimi təmiz idi. Elə bu cür insani keyfiyyətləri ilə bu günunudulmur, xatirəsi onu tanıyanların qəlbində yaşayır.

 

İzzət RÜSTƏMOV,

Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri,

 fəlsəfə elmləri doktoru, professor

Azərbaycan.-2016.- 5 oktyabr.- S.7.