“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 1, maddə 61) 1.2-ci bəndində “sahilboyu zolağın” sözlərindən sonra “kağız üzərində” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.      Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik təsvirini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2.      bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu fərmanın 2.1-ci bəndində nəzərdə tutulan elektron formada qrafik təsvirin təsdiq edilməsindən sonra on gün müddətində onun öz rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2016-cı il

Azərbaycan.-2016.- 6 oktyabr.- S.2.