N.H.Bağırovanın 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində uzunmüddətli səmərəli fəaliyyətinə görə Nailə Hüseyn qızı Bağırova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 oktyabr  2016-cı il

Azərbaycan.-2016.- 6 oktyabr.- S.2.