Bilik Fondunun Beynəlxalq Müəllim Günü hədiyyəsi

İsmayıllıda regional Bilik evi açıldı

 

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günündə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı regional Bilik evinin açılışı olub.

Açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, yerli ziyalılar iştirak edib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir dövlətin inkişafında təhsilin vacib olduğunu bildirib. Bilik evinin yaradılmasını dövlətin yerli əhaliyə diqqət qayğısının daha bir nümunəsi kimi dəyərləndirən icra başçısı Bilik Fondunun həyata keçirdiyi maarifləndirici layihələrə bundan sonra da dəstək verməyə hazır olduqlarını deyib rayon əhalisini Bilik evi ilə fəal əməkdaşlıq etməyə çağırıb.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova regional Bilik evinin məhz İsmayıllı rayonunda açılmasının sevindirici hadisə olduğunu deyib. S.Əhmədova burada gənclərin yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradıldığını, müxtəlif kursların təşkil olunduğunu, mütəmadi olaraq ədəbiyyat, incəsənət dövlət xadimləri ilə maraqlı görüşlərin keçiriləcəyini, gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişlərinin aşılanacağını vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında Bilik evinə gözəl məkan ayırdıqlarına fondun layihələrini daim dəstəklədiklərinə görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. O.Səmədov açılış mərasiminin məhz Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsinin təhsil ictimaiyyəti üçün hədiyyə olduğunu deyib. İcraçı direktor bütün ismayıllılıları, o cümlədən ətraf rayonların sakinlərini Bilik evini doğma bilməyə çağırıb. Bilik evində fəaliyyət göstərəcək kurslardan danışan O.Səmədov bu gündən etibarən ingilis rus dili kurslarının fəaliyyətə başladığını elan edib.

Açılış mərasimində iştirak edən İsmayıllı rayonundan Milli Məclisə deputat seçilən Novruzəli Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə qayğısından söz açaraq, Bilik evini bu qayğının daha bir nümunəsi kimi dəyərləndirib. O bildirib ki, rayon əhalisi Bilik evindən səmərəli istifadə edərək həm özlərinin, həm cəmiyyətin inkişafına böyük töhfə vermiş olacaqlar.

Gənc müəllimə Səbinə Bağırlı yaşadığı rayonda məhz Beynəlxalq Müəllimlər Günündə Bilik evinin açılmasını heç vaxt unudulmayacaq hadisə kimi qiymətləndirib.

Açılış mərasimindən sonra icra başçısının, Bilik Fondu nümayəndələrinin, rayon ictimaiyyətinin, gənclərin iştirakı ilə Bilik evində ilk “dəyirmi masakeçirilib.

Xatırladaq ki, Bilik Fondunun Qax, Oğuz, Şəmkir, Nardaran Bilik evləri fəaliyyət göstərir. Yaxın zamanlarda Astara Tərtər rayonlarında Bilik evlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

 

Bilik Fondu ahıl müəllimləri də unutmadı

 

Bilik Fondu hər il müxtəlif bayramlarda, həmçinin Beynəlxalq Müəllim Günündə Bilgəhdə yerləşən “Müharibə və əmək veteranları üçün pansionatda yaşayanlara baş çəkir, onların arzu və istəklərini dinləyərək yerinə yetirməyə çalışır.

Pansionatda 12 nəfər təqaüdçü müəllim də yaşayır. Fondun əməkdaşları Beynəlxalq Müəllimlər Günü münasibətilə ahıl müəllimləri təbrik edib, onlara hədiyyələr verib, pansionatın kitabxana fondunu zənginləşdirmək məqsədilə müxtəlif kitablar bağışlayıblar. Ahıl müəllimlər Bilik Fondunun onları diqqətdən kənarda qoymamasını yüksək dəyərləndiriblər.

Azərbaycan.-2016.- 6 oktyabr.- S.4.