Xəzər-Qafqaz bölgəsinin sabitləşdirici ölkəsi

Azərbaycan Qərblə Şərq arasında təkcə coğrafi deyil, həm də mənəvi körpü rolunu oynayır

 

Beynəlxalq birliyin etibarlı tərəfdaşı olan Azərbaycan dövləti daxili imkanları hesabına həm böyük iqtisadi, maliyyə və digər resurslar tələb edən layihələr həyata keçirir, həm də beynəlxalq forumlara, konfranslara, idman festivallarına yüksək səviyyədə evsahibliyi edir. Bunun da ən başlıca səbəbi ölkədə təmin olunan sabitlikdir.

Həm yerləşdiyi regionda, həm də dünya miqyasında sabitlik məkanı adlandırılan Azərbaycan investisiya qoyulan ölkədən investisiya yatıran, xüsusilə strateji əhəmiyyətli layihələri reallaşdıran nümunəvi ölkəyə çevrilib. Dünya ölkələrində müşahidə edilən iqtisadi problemlərə və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb. Bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir.

Prezident İlham Əliyevin söylədiyi kimi, bu gün nəinki regionda, dünya miqyasında da Azərbaycanın təcrübəsi öyrənilir: “Azərbaycanda görülən işlər həm ölkəmiz, həm də region üçün çox vacibdir. Çünki bu gün Azərbaycan bu bölgədə, Xəzər-Qafqaz bölgəsində sabitləşdirici ölkədir. Regionda bizim siyasətimizdən çox şey asılıdır. Bizim daxili siyasətimiz də, xarici siyasətimiz də bir məqsədi güdür ki, bölgədə sülh olsun, qarşıdurma olmasın, insanlar rahat yaşasınlar, ölkələr bir-biri ilə dostluq etsinlər. Bizim siyasətimiz budur. Məhz buna görə bu gün Azərbaycan bu alovlanan bölgədə bir sabitlik adasıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Cəmi 25 il müddətində bu dəyərlərə sahib çıxan Azərbaycan qısa dövrdə nəinki azadlığını əldə etmiş digər postsovet ölkələrin qibtə edəcəyi, hətta yüzillərdir müstəqil yaşayan bəzi dövlətlərin əldə edə bilmədiyi uğurlara imza atıb. Tarixən özünün tolerantlıq ənənələri ilə məşhur olanmultikulturalizmi dövlət siyasətinə, həyat tərzinə çevirən Azərbaycan ona xoş niyyətlə yanaşan hər bir ölkəni özünün dostu hesab edir. Dünyada cərəyan edən hadisələr, dini zəmində baş verən toqquşmalar, dözümsüzlük halları, diskriminasiyaradikalizm meyillərinin gücləndiyi bir zamanda Azərbaycanda sabitlik, dayanıqlı inkişaf təmin olunub. Bunu biz demirik. Bu faktları nüfuzlu beynəlxalq təşkilatların vaxtaşırı hazırladıqları hesabatlar, ölkəmizdə keçirilən forumlara qatılan tanınmış ictimai-siyasi xadimlərin, xarici dövlətlərin rəhbərlərinin, Nobel mükafatı laureatlarının verdikləri açıqlamalar da təsdiqləyir.

Son iki ay ərzində beynəlxalq qurumların açıqladıqları hesabatlara diqqət edək. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2016” hesabatında Azərbaycan mövqeyini 17 pillə yaxşılaşdıraraq 63-cü pilləyə yüksəlib. Ölkəmiz hesabatın “Biznesə başlama” göstəricisi üzrə 5 pillə, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36 pillə, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49 pillə və “Xarici ticarətin aparılması” göstəricisi üzrə 72 pillə irəliləyib. Bununla da Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 daha çox islahat aparan 24 ölkədən biri olub.

MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı məlumata əsasən, 2006-cı ilin 10 ayı ərzindəki iqtisadi inkişafa görə Azərbaycan MDB məkanında liderdir. Ötən ilin həmin dövrü ilə müqayisədə Azərbaycanda 38 faiz iqtisadi inkişaf qeydə alınıb.

Ümumdünya İqtisadi Forumunun 2016-2017-ci illər üzrə qlobal rəqabətqabiliyyətlilik hesabatında isə Azərbaycanın adı xüsusi olaraq vurğulanıb. Ölkəmiz 138 dövlət arasında 40-cı pillədən 38-ci pilləyə yüksəlib. Sənədə əsasən, Azərbaycan iqtisadiyyatı 2015-ci ildə olduğu kimi, MDB dövlətləri, türkdilli ölkələr BRICS ölkələri (Çin Xalq Respublikası istisna olmaqla) arasında ən rəqabətli iqtisadiyyat kimi qiymətləndirilib. 2016-2017-ci illər üzrə qlobal rəqabətqabiliyyətlilik hesabatına istinadən qeyd edilir ki, dünya bazarlarında neft qiymətlərinin azalması fonunda neft ixracatçısı ölkəsi sayılan Azərbaycanın makroiqtisadi mühitində çətinliklər yaransa da, aparılan islahatlar nəticəsində sahibkarlıq mühitində ticarətdə effektivliyin artırılması ölkənin iqtisadiyyatına müsbət təsir edib. Habelə biznes mühiti üçün zərərli faktor sayılan korrupsiyaya qarşı mübarizədə Ümumdünya İqtisadi Forumu Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib. Subindikatorların tərkibinə əsasən, Azərbaycan Respublikasında sahibkarlığa başlamaq üçün prosedurlara görə 3-cü, sahibkarlığa başlamaq üçün tələb olunan vaxta görə 9-cu, qadınların əmək bazarında fəaliyyətinə görə 18-ci, makroiqtisadi mühitə görə 39-cu, investorların təhlükəsizliyi baxımından 36-cı yerdə qərarlaşıb.

V Bakı Beynəlxalq Humanitar Forumu Roma Papası Fransiskin ölkəmizə səfəri Azərbaycanın həm sabitlik adası, həm multikultural dəyərlərə sadiq nümunəvi ölkə olduğunu bir daha təsdiqləyən faktorlar idi. Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən, dünyanın siyasi, elmi mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. 80-ə yaxın ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi foruma evsahibliyi edən Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə böyük diqqət verib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayının çoxalması həm ölkənin qlobal əhəmiyyət daşımasının göstəricisidir bütün bunlar Azərbaycanın dünyaya inteqrasiyasının önəmini artırır.

Azərbaycanın beynəlxalq siyasətinin təməlində isə dünyanı bir araya gətirməklə müxtəlif dini milli konfessiyalar arasında dostluq yaratmaq, dünyaya multikulturalizm nümunəsini təqdim etmək, dünyada baş verən haqsızlıq və ədalətsizliklərə qarşı birgə səyləri ortaya qoymaqda təşəbbüskar olmaq durur. Ölkəmizdə səfərdə olan dünya katoliklərinin dini rəhbəri, Roma Papası Fransisk də Azərbaycanın timsalında bir daha şahidi oldu ki, dünyada multikultural dəyərlərin, tolerantlığın mövcud olduğu, dinietnik fərqliliyin zənginlik kimi qəbul edildiyi müsəlman ölkəsi varbu, nümunə olmağa layiq təcrübədir. Bunlar dünya ictimaiyyəti üçün verilən vacib mesajlar idi.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanın planetin ən etibarlı sülh və səmərəli tərəfdaşlıq platforması mövcuddur. Respublikamız bu sahədə həm öz təkmil təcrübəsini nümayiş etdirir, həm də sivilizasiyalararası əməkdaşlığın mükəmməl nümunəsi kimi birləşdirici faktora çevrilir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.- 7 oktyabr.- S.1.