Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməni Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün Yaşıl dəhliz və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 6, maddə 540; 2013, N 12, maddə 1552; 2014, N 1, maddə 14; 2015, N 6, maddə 699) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 3.1.42-ci yarımbəndinə ictimai informasiyanın sözlərindən sonra , o cümlədən həyata keçirilən xarici ticarət əməliyyatları zamanı risk qrupları üzrə buraxılış sistemlərindən istifadə ilə bağlı, habelə idxalatçıların müəyyən risk qrupuna aid edilməsi və ya onların risk qruplarının dəyişdirilməsi barədə məlumatların sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2016-cı il

Azərbaycan.-2016.- 7 oktyabr.- S.2.