Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

 

Hüseynova Fidan Yaqub qızı - Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Əli Zaur oğlu - ABŞ, Nyu York Manhetten Musiqi Məktəbinin tələbəsi

Məsimov Nicat Rafiq oğlu - Azərbaycan Milli Konservatoriyasının tələbəsi

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2016-cı il

Azərbaycan.-2016.- 7 oktyabr.- S.2.