Azərbaycan musiqisində multikultural dəyərlər

Oktyabrın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Azərbaycan musiqisində multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, akademiyanın rektoru, professor Fərhad Bədəlbəyli Azərbaycan mədəniyyətinin zənginliyindən danışıb. Bildirilib ki, multikultural dəyərlər demokratik cəmiyyətin formalaşması və inkişafında mühüm rol oynayır. Bu sahədə musiqinin, incəsənətin rolu əvəzsizdir. Həyatımızın bütün sahələrinə təsir edən multikulturalizm musiqimizin dərin qatlarında da özünü büruzə verir.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov fond tərəfindən son vaxtlarda təşkil edilən elmi konfranslardan danışıb. İcraçı direktor fondun əsas məqsədlərindən birinin ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və həyata keçirdiyi, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin təbliği, əhalini müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində maarifləndirmək olduğunu qeyd edib. Bildirilib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan edilməsi ilə bağlı fond tərəfindən bir sıra maarifləndirici tədbirlər, müxtəlif konfranslar, “dəyirmi masalar keçirilib. Bugünkü konfrans da bu qəbildəndir. O.Səmədov musiqi sahəsində təhsil alan gənclərin Azərbaycan musiqisində multikulturalizmin rolunu bilmələrinin vacibliyini vurğulayıb və bildirib ki, bu cür konfransların gənclərin məlumatlandırılmasında müstəsna xidmətləri var.

KonfransdaMusiqinin tədrisində multikultural meyillər”, “Azərbaycan musiqisimultikulturalizm”, “Musiqi elmində multikultural dəyərlər” və “Azərbaycan çalğı alətləri multikultural kontekstdə” mövzularında məruzələr dinlənilib.

Azərbaycan.-2016.- 7 oktyabr.- S.4.