Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişÖzəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar”da dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 378

¹ 378                                     Bakı şəhəri, 5 oktyabr 2016-cı il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 1, maddə 72; 2007, N 11, maddə 1190; 2008, N 6, maddə 586,

N 10, maddə 937; 2009, N 10, maddə 846) ilə təsdiq edilmişÖzəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:

“7. Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) start (satış) qiyməti daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin müəssisələrin (obyektlərin) qiymətləndirilməsiQiymətləndirmə fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2016.- 8 oktyabr.- S.5.