Bakıda 10-cu Azərbaycan Beynəlxalq təhsil sərgisi açılıb

Oktyabrın 7-də Baku Ekspo Mərkəzində 10-cu Azərbaycan B-eynəlxalq təhsil sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə onuncu dəfə təşkil edilən sərginin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bugünkü yubiley tədbiri Təhsil Nazirliyinin rəsmi dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. Sərgidə Dövlət Neft və Sənaye, Texniki, İqtisad, Bakı Biznes, Memarlıq və İnşaat, Texnologiya, Gəncə Dövlət universitetləri və ölkəmizin digər ali məktəbləri stendləri ilə təmsil olunur. Həmçinin “EduGuideAzer-baijan və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Təhsil Nazirliyinin stendlərində “Maarifçi”, “SABAH”, “Azərbaycan üçün öyrət” və “Bir könüllü” layihələri barədə məlumat verilir.

Bu il təhsil sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan, İordaniya ali təhsil müəssisələrinin, kollecbaşqa təhsil təşkilatlarının nümayəndələri tədbir iştirakçılarını təhsil proqramları ilə tanış edəcəklər. Qeyd olunub ki, sərgidə milli stendlərlə Türkiyə (Study in Turkey), Polşa (“Go Poland”) Litva (“Study in Lithuania”) çıxış edəcək.

Sərgi çərçivəsində iştirakçılara bakalavriat, magistratura, aspirantura, eləcə ikinci ali təhsil MBA proqramları, o cümlədən işgüzar xarici dil kursları, təcrübə treninqlər üzrə proqramları təqdim olunub.

Təhsil sərgisi oktyabrın 9-dək davam edəcək.

Azərbaycan.-2016.- 9 oktyabr.- S.8.