Azərbaycan-Türkiyə birgə enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfəri:

İstanbul Atatürk Beynəlxalq Hava Limanında qarşılanma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün oktyabrın 9-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Azərbaycan Prezidentini Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Azərbaycan.-2016.- 11 oktyabr.- S.2.