Oğuzun turizm potensialı böyükdür

İlin əvvəlindən rayona 16 min turist gəlib

 

İqtisadiyyatın, xüsusən qeyri-neft sektorunun inkişaf etdirilməsi  baxımından prioritet sahələr arasında turizm sektoru xüsusi çəkiyə malikdir. Bu məqsədlə turizmin inkişaf etdirilməsi üçün ölkəmizdə bir sıra proqram layihələr həyata keçirilir. İllərlə yaradılan təminatlar tədricən öz bəhrəsini verir Azərbaycan turizm ölkəsi kimi tanınmağa başlayır.

Füsunkar təbiətə malik olan Oğuz da  bu gün turizm bölgəsi kimi məşhurdur. Görülən işlər, xüsusən infrastrukturun yenidən qurulması onun simasını daha da dəyişib. Oğuzun küçə yolları əsaslı təmir edilib, yeni parklar salınıb, su-kanalizasiya sistemi yaradılıb. Turizmin inkişaf etdirilməsi sahəsində xeyli tədbirlər həyata keçirilib. Yeni hotellər, istirahət mərkəzləri yaradılıb, xidmətin səviyyəsi yüksəlib.

Hazırda Oğuzda 4 turizm istirahət mərkəzi, 65 yerlik AFRA hotel, 12-18 yerlik 4 kiçik hotel fəaliyyət göstərir. 25-dən artıq ailəvi istirahət mərkəzləri qonaqlara turistlərə nümunəvi xidmət edir. Bu il Oğuza 16 min nəfərə yaxın turist gəlib. Onlardan 700 nəfəri xarici turistlər olub.

Oğuz qədim zəngin tarixə malikdir. Rayonda dövlət mühafizəsinə götürülmüş 32 tarix mədəniyyət abidəsi mövcuddur. Bu abidələrdən Alban məbədləri, Muxas qülləsi, Surxay xan qalası rayonumuza gələn turistlər tərəfindən maraqla qarşılanır.

Şöbəmiz tərəfindən turizmin təbliği, inkişaf etdirilməsi məqsədilə xeyli görülüb. Belə ki, Oğuzun turizm imkanlarını, təbiət gözəlliklərini əks etdirən bannerlər hazırlanaraq müxtəlif yerlərə vurulub, “Əcdadlarımızın nəsillərə əmanəti-Oğuz abidələri”, “Cənnətməkan diyar”, “Oğuza xoş gəlmişsinizadlı bukletlər hazırlanaraq qonaqlara turistlərə, idarə müəssisələrə paylanıb. Bundan əlavə, rayonumuzun turizm potensialı, tarix mədəniyyət abidələri, milli adət ənənələrimiz, mətbəximiz haqqında müxtəlif verilişlər hazırlanaraq televiziya kanallarında nümayiş etdirilib, mədəniyyət müəssisələrində klublarda sənətkarların əl işlərindən ibarət sərgilər, tarixi abidələrimizi əks edirən foto- stendlər təşkil olunub.

Aydındır ki, turizmin inkişaf etdirilməsində milli adət-ənənələrimiz, qədim musiqimiz folklorumuz böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq mədəniyyət evlərində klublarda folklor kollektivləri yaradılıb. Hazırda mədəniyyət mərkəzindəBayram,  ZurnaçılarXalça kəndifolklor kollektivləri fəaliyyət göstərir.

Milli mətbəximizin də turizmin inkişafında rolu böyükdür. Oğuz  zəngin mətbəxi olan bölgədir. Şöbəmizin kollektivi respublikamızda keçirilən tədbirlərdə yaxından iştirak edir, mətbəximizin tanıdılmasına çalışır. Bu il Şəki şəhərində keçirilən beynəlxalq şirniyyat və Qəbələ şəhərində keçirilən beynəlxalq mürəbbə festivalında şöbəmizin kollektivi gümüşbürünc medallarla təltif olunub. Rayonumuz, həmçinin qədim atüstü milli oyunlarımızın təbliği məqsədilə hər il keçirilən çövkan oyunlarında da fəal iştirak edir.

Biz hər il dünya turizm gününü təntənə ilə qeyd edirik. Həmin gün özfəaliyyət kollektivlərimiz şəhər istirahət parkında mədəni kütləvi tədbirlər təşkil edirlər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turistlərin ən çox istirahət etdiyi şəhər parkında 11 köşk quraşdırılıb. Bu köşklərdə turizm bazarları təşkil edilib. Bundan əlavə, Oğuz sənətkarlarının əl işlərindən, suvenirlərdən, rayonun mətbəx nümunələrindən ibarət sərgi-yarmarkalar da keçirilir.

 

Ulduz BAXIŞOVA,

Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri

Azərbaycan.-2016.- 11 oktyabr.- S.6.