Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilsin.

2. “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 6, maddə 329, ¹ 10, maddə 587; 2004, ¹ 12, maddə 1006; 2005-ci il, ¹ 3, maddə 167; 2006-cı il, ¹ 11, maddə 939; 2007-ci il, ¹ 12, maddə 1235; 2008, ¹7, maddə 621) 2-ci hissəsində “min” sözü “1300 (min üç yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2016-cı il

Azərbaycan.-2016.- 12 oktyabr.- S.2.