Heç bir kənar qüvvə Azərbaycanı müstəqillik yolundan çəkindirə bilməz

Son dövrlər dünyanın siyasi, iqtisadi mənzərəsi əsaslı şəkildə dəyişib. Xüsusən də son 2 ildə baş verən proseslər - dünya iqtisadiyyatının acınacaqlı durumu, siyasi və hərbi böhranlar vəziyyəti getdikcə kəskinləşdirir, risklər, təhdidlər artır. Bu səbəbdən də həm təbii resurslarla zəngin olan ölkələr, həm də istehlakçı ölkələr əziyyət çəkir. Lakin belə bir gərgin beynəlxalq mənzərə fonunda Prezident İlham Əliyev yürütdüyü düşünülmüş siyasətlə Azərbaycanı dünyanın müxtəlif regionlarında hökm sürən xaos və qarşıdurmalardan, dağıdıcı proseslərdən uzaq tutmağa müvəffəq olmuşdur.

Bütün bunların səbəbi də bəllidir. Müstəqilliyinin cəmi 25 yaşı olsa da, siyasi, iqtisadisosial baxımdan böyük inkişaf yolu keçən Azərbaycan çoxvektorlu, bərabərhüquqlu əməkdaşlığa, milli maraqlara əsaslanan xaricidaxili siyasət həyata keçirir. Eyni zamanda bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edir. Həyata keçirilən düzgündüşünülmüş xarici siyasət nəticəsində Azərbaycan regionun əhəmiyyətli layihələrinin təşəbbüskarına və etibarlı tərəfdaşa çevrilib. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyanın enerji xəritəsini dəyişən regionalqlobal əhəmiyyətli iri layihələr həyata keçirir ki, bu da iqtisadi fayda gətirməklə yanaşı, ölkələr arasında dayanıqlı əlaqələrin yaradılmasına xidmət edir.

Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır. 25 ildə dünyanın 177 ölkəsi ilə diplomatik münasibətlər quran, xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 91 diplomatik missiya təsis edən Azərbaycan dövləti beynəlxalq əlaqələrini daim genişləndirir, inkişaf etdirir. Bütün bunlar isə bəzi qüvvələri, xüsusən də erməni lobbisini ciddi narahat edir. Müxtəlif beynəlxalq təşkilatların, Qərbin və ABŞ-ın bəzi dairələrinin vaxtaşırı həyata keçirdiyi qarayaxma kampaniyaları, şantaj və təhdidlər məhz bu narahatçılığın fonunda baş verir. Prezident İlham Əliyev də bütün çıxışlarında vurğulayır ki, Azərbaycanın bu uğurlarını çoxları həzm edə bilmir və ölkəmizin üstünlüyü yalnız öz yolu ilə getməsi, heç kimin sözü ilə oturub-durmamasındadır. Elə buna görə də bu gün Azərbaycanda dayanıqlı iqtisadi inkişaf sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq demişdir: “Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz varbiz bu mövqeyi çəkinmədən ifadə edirik”.

Dövlət başçısı yenə də bəzi ekspertlərin, siyasətçilərin Azərbaycanla Avropanın münasibətləri ilə bağlı söylədikləri fikirlərə də toxundu. Hər kəsə bəllidir ki, bu gün Avropada irqçilik, dini, irqi zəmində ayrı-seçkilik genişlənir. Bu, xüsusi ilə də son zamanlar islamafobiya formasında özünü göstərməkdədir. Qərb mediası isə məqsədyönlü şəkildə müsəlmanlardan düşmən obrazı yaradaraq bu çirkin kampaniyaya dəstək verir. Prezident İlham Əliyev isə vurğulayıb ki, Azərbaycan dövləti artıq hara lazımdırsa, ora inteqrasiya edib. Müsəlmanlara qarşı ikili standartlar tətbiq edilən bir məkana inteqrasiya yalnız fəlakətə səbəb ola bilər: “Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. “Müsəlmanlara stop” deyənlərəmi, müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi, müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik”, - deyə Prezident vurğulayıb.

Dövlət başçısı bu fikirləri ilə dəyərləri itməkdə olanböhranla çarpışan Avropaya inteqrasiyanın ölkəmizə hansı fəsadlar verə biləcəyini qeyd edərək Azərbaycan xalqına Qərbin bizdən istədiklərini çatdırdı. Bildirdi ki, Qərbin bəzi dairələri ölkəmizə təzyiq göstərmək üçün müxtəlif bəhanələr uydururlar. Onların siyasətinə uyğun addımlar atmağa sövq edirlər. Lakin Azərbaycan öz yolu, öz siyasi xətti ilə addımlayır. Elə Prezidentin söylədiyi kimi, bu gün Azərbaycan dövlətinin qazandığı uğurların əsl səbəbi alternativ siyasət yürütməməsidir. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara və ölkəni qırğın meydanına çevirə bilər. Ancaq düşünülmüş, uzaqgörən siyasət yürüdən Azərbaycan dövlətinin lideri bəyan edib ki, heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz. Azərbaycan heç kimdən asılı olmayan tam müstəqil ölkədir, müstəqil şəkildə öz daxilixarici siyasətini yürüdür. Lazım gələndə öz mövqeyini nümayiş etdirir və haqsızlıqlara qarşı öz münasibətini ciddi şəkildə bildirir. Azərbaycanla təzyiq dilində danışmaq istəyən müəyyən beynəlxalq qurumlar da artıq anlayırlar ki, belə təzyiqlərlə ölkəmizi tutduğu müstəqil inkişaf yolundan döndərmək qeyri-mümkündür.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.- 12 oktyabr.- S.4.