Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçirilir

Oktyabrın 12-də Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası işə başlayıb.

AZƏRTAC xəbər iclasda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev çıxış ediblər.

Sonra Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Şuranın 2017-ci il üçün sədri seçilib.

A.Qorovoy çıxışında gündəlikdə duran məsələlər barədə məlumat verib.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arif Rəhimzadə çıxış ediblər.

İclasın gündəliyinə 18 məsələ, o cümlədən MDB-nin iştirakçısı olan dövlətlərdə miqrasiyanın vəziyyəti, “MDB-nin iştirakçısı olan dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrası, MDB dövlətlərinin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələrinə və həmin məlumat bazasının Əsasnaməsinin işlənilməsi, vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycan Respublikasının təcrübəsi, MDB iştirakçı dövlətlərin ərazilərinə fövqəladə qaydada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi və s. daxildir.

MDB-nin iştirakçısı olan ölkələrin Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 2007-ci il 5 oktyabr tarixli qərarı əsasında yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Rusiyanın miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir.

Azərbaycan Respublikasını Şurada Dövlət Miqrasiya Xidməti təmsil edir. Şura çərçivəsində ildə iki dəfə görüşlər keçirilir. Şuranın iclaslarında əsasən, üzv dövlətlərdə miqrasiyanın vəziyyəti, MDB ölkələrinin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının qərarlarının icrası və miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamətləri müzakirə olunur. Bununla yanaşı, mütəmadi olaraq, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində üzv ölkələrdə tətbiq olunan yeni metodlar, mövcud qabaqcıl təcrübələr, həmçinin qanunvericilik bazası barədə geniş məlumat mübadiləsi aparılır və qərarlar qəbul edilir.

Şuranın 8-ci iclası 2010-cu il sentyabrın 28-dən 30-dək Bakıda keçirilib.

Azərbaycan.-2016.- 13 oktyabr.- S.2.