Uğurlu regional inkişaf strategiyası

Regionların hərtərəfli inkişafı istiqamətində 2004-cü ildən başlanan məqsədyönlü siyasətin davamı olaraq Prezident

İlham Əliyevin 2014-cü il 27 fevral tarixli fərmanı iləAzərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramıtəsdiq edilib.

Dövlət proqramının əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafından, iqtisadiyyatın şaxələndirilməsi, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsindən, xüsusən kəndlərin inkişafı ilə bağlı infrastrukturun sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir.

Dövlət proqramında bütün regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət digər infrastruktur obyektlərinin, yeni istehsal emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, əlil şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulub. Bəs cari ildə bu istiqamətdə hansı işlər görülüb?

Əlimizdəki arayışdan məlum olur ki, dövlət proqramının icrası çərçivəsində 2016-cı ilin 6 ayı ərzində regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsi, makroiqtisadi göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb. Belə ki, qeyd olunan dövrdə sənaye istehsalı 0,6, qeyri-neft sənayesi 24,4 faiz artıb, əsas kapitala 6769,6 milyon manat məbləğində vəsait qoyulub. Bu dövr ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,4 faiz artaraq 21493,9 milyon manata çatıb. Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 3,8 faiz artıb.

Ölkədə özəl sektorun sahibkarlığın inkişafına göstərilən dəstək nəticəsində bölgələrdə bu sahədə böyük inkişaf müşahidə edilir. Bunun nəticəsidir ki, təkcə cari ilin birinci rübündə regionlarda 4,4 min müəssisə açılıb. Yeni açılan müəssisələrin 11 faizi Aran, 7,7 faizi Abşeron, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz, 4,7 faizi Lənkəran digər iqtisadi rayonların payına düşüb.

Sahibkarlığın inkişafında maliyyələşmə mühüm rol oynayır. Xüsusilə bazar iqtisadiyyatına yeni keçən ölkələrdə bu, daha böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən dövlət daim sahibkarlara maddi dəstək verir. Yalnız cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən regionlarda fəaliyyət göstərən 1175 sahibkara 54 milyon manat güzəştli kredit verilib bu kreditlər hesabına 2535 yeni yeri açılması planlaşdırılıb. Verilən kreditlərin 80,3 faizi aqrar sektora, 19,7 faizi isə müxtəlif sənaye digər sahələrin inkişafına qoyulub. Ümumilikdə hesabat dövründə ayrılan kreditlərin 73,8 faizi regionların payına düşüb.

Dövlət proqramının əsas məqsədlərindən biri bölgələrdə müasir dövrün tələblərinə cavab verən infrastrukturun yaradılmasıdır. Proqramın icrası nəticəsində təkcə ilin birinci rübü ərzində regionlarda 310,6 kilometr su, 258,4 kilometr kanalizasiya, 3462,5 kilometr elektrik verilişi xətləri çəkilib ya təmir olunub, 218 güc transformatoru quraşdırılıb. Eyni zamanda 135,7 kilometr respublika, 62,4 kilometr yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulub, 1132,8 hektar ərazidə meşəsalma meşəbərpa tədbirləri aparılıb, 60 min əhalinin yaşadığı ərazilərdə modul tipli 54 sutəmizləyici qurğu quraşdırılıb, 41 təhsil müəssisəsi, 9 səhiyyə müəssisəsi, 15 mədəniyyət obyekti, 5 gənclər idman obyekti tikilib ya əsaslı təmir olunub.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları bölgələrdə məşğulluğun təmin edilməsində mühüm rol oynayır. I proqramın icrasına başlanan 2004-cü ildən 2016-cı ilin birinci yarısına qədər 1,6 milyon yeni, o cümlədən 1,2 milyon daimi yeri açılıb. III Dövlət Proqramının icrası çərçivəsində - 2014-2016-cı ilin 6 ayı ərzində isə 274,2 min daimi olmaqla 333,1 min, o cümlədən cari ilin birinci rübündə 78 min daimi olmaqla 90 minə yaxın yeni yeri açılıb.

İş yerlərinin böyük hissəsi yeni yaradılan sənaye müəssisələrinin hesabına mümkün olur. Sənaye mövzusunun davamı kimi qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 8 şirkətə rezident statusu verilmişdir. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edir. Neftçala Sənaye Məhəlləsində isə 8 layihənin icrası nəticəsində 40 milyon manatdan yuxarı investisiya qoyulacaq 500-dən çox yeri yaradılacaq. Bunlardan əlavə, Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən dəyəri 31 milyon manatdan çox olan 33 layihə təqdim edilmişdir.

Metallurgiya kompleksində sağlamlaşdırma restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi üçün isə Prezident tərəfindənAzərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqındasərəncam imzalanmış Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirməyə açıq elan edilmişdir.

Amma bu istiqamətdə Prezidentin gördüyü tədbirlər bunlarla bitmir. Dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiyabiznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması, ənənəvi yeni bazarlara çıxış imkanlarının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə ölkə başçısı tərəfindən “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam və “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” və “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmanlar imzalanmışdır. Xalçaxalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalçaxalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək məqsədilə Prezident tərəfindən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalanmışdır. Eləcə də həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə ölkə başçısı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ni təsdiq etmişdir. Bundan başqa, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq və inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək üçün “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında dövlət başçısı mühüm sərəncam imzalamışdır.

Dövlət başçısı regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün proqramda nəzərdə tutulandan əlavə Prezidentin Ehtiyat Fondundan da vəsait ayırır və bunun hesabına bölgələrdə çoxsaylı mühüm layihələr həyata keçirilir. Məsələn, heyvanların cins tərkibini yaxşılaşdırmaq və süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrılıb. Həmçinin dövlət başçısı müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşan müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün adıçəkilən nazirliyə Prezidentin Ehtiyat Fondundan 12 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb. Başqa belə bir sərəncam əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün “Azərbaycan MeliorasiyaSu Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılması barədə verilib.

Bu siyahını uzatmaq da olar. Lakin elə bunlar da III regional inkişaf Dövlət Proqramının uğurla icra olunacağına şübhə yeri qalmaması üçün kifayət edir.

Rüstəm KAMAL,

Azərbaycan.-2016.- 13 oktyabr.- S.5.