Quba turizm məkanı kimi məşhurlaşır

Gələn turistlərin sayı da bunu təsdiqləyir

 

Respublikamızda qeyri-neft sektoruna diqqətin artırılması, paytaxtda regionlarda sosial-iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması inkişafın yeni mərhələsinin şərtləridir. Bu, ölkəmizdə turizm sektorunun müasir tələblər səviyyəsində qurulmasını təmin edən amillərdir.

Respublikamızda turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti, atılan addımlar öz səmərəsini verir, dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha çox turist gəlir.

Turizmin inkişafında regionların xüsusi çəkisinin davamlı surətdə artması isə bölgələrdə əhalinin maddi rifah halının yüksəlməsinə təsirsiz ötüşmür. Bu, həm rayonların ümumi iqtisadi inkişafında böyük rol oynayır.

Yaxın keçmişimiz olan sovet dönəmində Azərbaycanın müxtəlif bölgələri yetişdirdikləri meyvələrə görə İttifaqda tanınırdı. Ağdam üzümü çaxırı, Bakı zəfəranı, Göyçay narı, Quba alması şöhrət tapmışdı. Hətta sovetlər birliyinin hansı şəhərində yaşadığın rayonunun adını çəkən kimi onun tanıtım brendini səsləndirərdilər. Bu forma özünü illər keçməsinə baxmayaraq, qoruyub saxlayır həmin tanıtım siyahısına yeniləri əlavə olunub.

Valehedici flora faunaya malik olan Quba bütün dövrlərdə oraya təşrif buyuran turistlərin maraq göstərdiyi ən sevimli məkanlar sırasında yer alıb. Bu rayon həm qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə məşhurdur. Xalçaçılıq, misgərlik digər qədim peşələrin qorunub saxlandığı Quba rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının çox xoşladıqları məkanlardandır. Təkcə Xınalığın adını çəkmək bu baxımdan kifayətdir.

Ölkəmizin şimalında yerləşən, Şahdağın Qudyalçayın ətəklərində qərar tutan Quba nəinki Azərbaycanın, eləcə bütün Qafqazın çox gözəl guşələrindən biridir. Yayda, payızda, qışda burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Hər fəslin gözəlliyini öz görkəmi ilə göstərən dağ dərələr, tarixi qədim dövrlərə gedib çıxan kəndlər, tikililər buraya yolu düşənləri ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.

Əvvəlki illərdən fərqli olaraq, ötən yay aylarında Qubaya təşrif buyuran turistlərin sayı ikiqat artıb. Respublikamızda keçirilən beynəlxalq tədbirlərin, idman yarışlarının da bunda böyük rolu var. I Avropa Oyunlarından sonrakı dövr əvvəlkilərdən fərqlənir. Ölkə turizmində yeni səhifə açan bu oyunlar turist axınının artmasının əsas amillərindəndir.

Qubadakı istirahət mərkəzləri ilin bütün fəsillərində fəaliyyət göstərir. Artıq respublikamızda bu sahədə bir Quba brendi nişanı formalaşıb. Rayonun istirahət mərkəzləri təkcə xarici görkəmi ilə deyil, daxili xidmətləri ilə tələblərə cavab verir.

Bu yerlərdə turizmin daha geniş miqyas alması, inkişafı üçün hər bir şərait var. Quba-Xınalıq, Quba-Təngəaltı, Quba-Qəçrəş istiqamətində turistlərin səfərləri təşkil olunur. Məhz bu istiqamətdə əlaqədar təşkilatların əsas vəzifəsi səfalı guşələrdə, əsrarəngiz təbiətin qoynunda istirahətin xidmətin təşkilinin müasir tələblər səviyyəsində qurulmasına nail olmaqdan ibarətdir. Mətbəxin ləziz təamları Qubadakı istirahət mərkəzlərində, hotellərdə bura təşrif buyuranlara təqdim olunur. Hazırda bu mətbəxə dünya ölkələrinin bəzi təamları da daxil edilir. Bəzi mərkəzlərdə həmin ölkələrin adətlərinə uyğun xüsusi təqdimat formaları da hazırlanır.

Turist həm mədəniyyət daşıyıcısıdır. Ölkəmizdə multikulturalizm ili çərçivəsində keçirilən tədbirlər, azsaylı xalqlara münasibət, mədəni əlaqələrin yüksələn xətlə inkişafı hər zaman diqqət mərkəzində olub. Rayonda formalaşan Azərbaycan mədəniyyətinin tərkib hissəsi sayılan xalçaçılıq da Quba məktəbi qədim orjinal xüsusiyyətləri ilə dünyanın hər yerində tanınır. Turistlərin ən çox maraqlandıqları sahələrdən biri budur. Onların çoxu buraya səfərləri zamanı xalça toxuyan insanlarla görüşür.

Əvvələr istirahət mərkəzlərində mütəxəssis çatışmazlığı mövcud idi. Bu da istər turistlərin qəbulunda, istərsə də onlara göstərilən xidmətdə özünü açıq-aydın göstərirdi. Narazı turist bəzən bir istirahət yerinə görə bütünlükdə ərazini dəyişirdi. Artıq bu problemaradan qaldırılıb. Rayonda bu sahədə çalışanlar vaxtaşırı xüsusi kurslarda iştirak edir, təcrübələrini artırırlar.

Dövrümüz texnologiyalar əsridir. Turizm səfərləri daha çox pul və sərfiyyat məsələləri üzərində qurulur. Yəni, öz cibinə baxan turist bahalı yerlərdən qaçır. Fərqinə varmayanlar da var, lakin onlar azlıq təşkil edirlər. Burada informasiya-texnologiyalardan istifadə, gediləsi yer barədə məlumat toplamaq mühüm rol oynayır. Bu baxımdan turist səfər öncəsi internet vasitəsilə getmək istədiyi yeri araşdırır. Xızı, Quba, Qusar və digər istirahət zonaları barədə heç bir informasiya tapmayan turist təbii ki, ekranda gördüyü “X” məkanına üz tutacaq.

Respublikamızın sayılıb-seçilən istirahət mərkəzlərinin öz məlumat bazası olmalı, onların məzmun və forma daşıyıcıları qeyd edilməlidir. Hazırda Qubada bu istiqamətdə işlər aparılmaqdadır. “Məstərgah”, “Cənnət bağı” istirahət mərkəzlərinin, “Şanehotelin ayrıca öz saytları var. Vaxtilə bir neçə istirahət mərkəzi olan Qubada indi onların sayı 40-a yaxındır. Müasir texnologiyalardan istifadə edənlər isə cəmi bir neçəsidir.

Turizmin inkişafı həm də daimi yerlərinin açılması deməkdir. Hər fəaliyyətə başlayan istirahət mərkəzi onlarla insanın işlə təmin olunması ilə nəticələnir. Artıq istirahət mərkəzləri ilin bütün fəsillərində fəaliyyət göstərdikləri üçün işçi potensialı öz yerini itirmir.

İndi ölkəmizdə qeyri-neft sektorunun inkişafı yüzlərlə sahənin inkişafında sıçrayışa səbəb olmuşdur. Bu sahələrdən biriturizmdir. Hazırda bu sahədə böyük layihələr üzərində gedir.

Akif ƏLİYEV,

Azərbaycan.-2016.- 13 oktyabr.- S.7.