Fransa telekanalında istedadlı gənc rəssam Məryəm Ələkbərli haqqında reportaj yayımlanıb

Fransanın “France 3” telekanalında istedadlı gənc rəssam Məryəm Ələkbərli haqqında reportaj yayımlanıb.

Reportajda tanınmış incəsənət nümayəndələri Məryəm Ələkbərli haqqında fikirlərini bölüşüblər. Gənc rəssamın əsərlərinin dünyanın bir çox ölkələrində sərgiləndiyi və müvəffəqiyyət qazandığı diqqətə çatdırılıb.

İncəsənət tarixçisi xanım Janet Zvinjenberjer Məryəmin əsərlərinin artıq dünyanın bir çox ölkələrində tanınmasından, bu əsərlərin əsas məziyyətlərindən danışıb. O, azərbaycanlı gənc rəssamın öz daxili aləmini və hisslərinin dialoqunu rəsmlərin və rənglərin köməyi ilə ifadə etdiyini vurğulayıb. J.Zvinjenberjer Məryəmin müasir incəsənətə yaxşı bələd olduğunu qeyd edərək, onun rəng seçimi və kompozisiya istedadına valeh olduğunu bildirib.                                    

AZƏRTAC

Azərbaycan.-2016.- 14 oktyabr.- S.7.