Ədəbiyyatşünasların yubiley hesabatı

 

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi istiqlal salnaməmizin tərkib hissəsidir

 

Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitab çap etdirmişdir. İnstitutun direktoru akademik İsa Həbibbəylinin rəhbərliyi ilə 2 cilddə, iri həcmdə (1890 səh.) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.

Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılmış və əsas yaradıcı simalarına oçerklər həsr olunmuşdur. Mövzuproblem əhatəsi geniş olan kitabda 15 fəsil, onlarla icmalportret oçerk, yüzdən çox yarımbaşlıq yer almışdır. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zənginliyini və təkrarsızlığını ortaya çıxarır.

İkicildlik nəşr onun elmi redaktoru akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş ön söz məqaləsi ilə açılır. Məqalədə müstəqillik dövrü ədəbiyyatını yetirən ictimai-siyasi və tarixi-mədəni durum səciyyələndirilir, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqını dərin uçurumdan qurtaran xilaskarlıq missiyası və yeni dövr ədəbiyyatının formalaşmasındakı tarixi rolu diqqətə çatdırılır. Eyni zamanda  müasir ədəbiyyatın layiqli yer tutmasında Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin quruculuq missiyasını davaminkişaf etdirməsi, respublikanın qabaqcıl dünya mədəniyyəti kontekstində təmsil olunmasına böyük önəm verilir. Məqalədə müstəqillik dövrü ədəbiyyatının xarakteri, tipoloji xüsusiyyətləri, yaradıcılıq prinsip və metodları, inkişaf tendensiyaları və perspektivləri hərtərəfli şərh olunur.  

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur. “Müstəqillik ədəbiyyatının mövzu və tendensiyaları”, “Qanlı Yanvardan başlanan yol”, “Qarabağ müharibəsinin ədəbiyyatda inikası”, “1990-cı illərdə nəsr”, “1990-cı illərdə poeziya”, “1990-cı illərdə teatrdramaturgiya” və s. tematikproblematik bölgülər dövrün ədəbi-bədii mənzərəsini təsəvvür etməyə imkan verir. Nəşrdə sosialçılıq, “repressiya” mövzusu, tarixin həqiqətləri, memuar ədəbiyyatı, realizmdən modernizmə, qadın yazıçıların yaradıcılığında  müasirlik, yaradıcı gəncliyin nəsr axtarışları; 1990-cı illər şeirində ideya-məzmun yenilikləri, estetik təmayüllər, dekadans şeir mənzərələri, Cənublu şairlər müstəqillik illərində, ədəbi qruplarpoetik manifestlər, yeni teatr estetikası axtarışları və s. kimi konkret məqamlar 1990-cı illər ədəbi prosesini bütövlükdə və hərtərəfli görükdürür. İlk istiqlal şairləri B.Vahabzadə, X.R.Ulutürk, M.Araz, xalq yazıçıları Anar, Elçin, xalq şairləri N.Həsənzadə, F.Qoca, azadlıq aşiqləri V.Səmədoğlu, S.Rüstəmxanlı, Z.Yaqubbir çox digər şair və yazıçılar haqqında oçerklər də birinci cilddə yer alıb. Önəmli məqamlardan biri də yalnız mərkəzdə deyil, əyalətdə yaşayan ədiblərin də yaradıcılığına diqqət ayrılmasıdır.

Kitabın ikinci cildi XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır. Tam plüralizmə, azad yaradıcılıq seçiminə, çoxüslubluluğa meyil edən müasir Azərbaycan ədəbiyyatı burada başlıca olaraq janrlar üzrə nəzərdən keçirilmiş, ideya-tematikpoetika zənginliyi üzə çıxarılmışdır. Müasir nəsrin aparıcı janrı olan romançılığın və klassik ənənələr üzərində inkişaf edən hekayəçiliyin, minillik poeziya təcrübəsi və modern baxışların vəhdətində gəlişən şeirin, absurd teatryenilikçi meyillərin qovşağında təşəkkül tapan dramaturgiyanın ədəbi prosesdə yerirolu, geniş fakt mənzərəsi, müxtəlif tendensiyaları kitabda təqdim, təsnif, təhlil və şərh olunmuşdur.

Müasir Azərbaycan ədəbiyyatında cərəyanlaşma, realizmlə yanaşı, magik realizm, ekzistensializm, dekadansmodernizm, avanqardpostmodernizmin təzahürü qeydə alınmış və kitabda ayrıca nəzərdən keçirilmişdir. Müstəqillik dövründə uşaq ədəbiyyatı, ədəbiyyatşünaslıq və tənqid, müasir nəzəriyyə, Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası və əlaqələri məsələləri də ayrı-ayrı fəsillərdə araşdırılmış, təqdim olunmuşdur. Kitabda icmal oçerklər geniş yer almaqla yanaşı, əllidən çox yazıçı və şairlər haqqında portret oçerklər də verilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində Prezident İlham Əliyev alimlərimizə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə kitab yazmağı tövsiyə etmişdir. Prezidentin çağırışına cavab olaraq ərsəyə gəlmiş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2016.- 15 oktyabr.- S. 5.