Azərbaycanın bölgələri artıq dünya bazarına məhsul ixrac edir

 

“Şərq ulduzuAvropaAsiyada nüfuzlu brendə çevrilib

 

Yeni üzüm bağları salınır, dinamika müsbətdir. Ancaq burada dövlət dəstəyi daha güclü olmalıdır, yerlər müəyyən edilməlidir. Bu, həm məşğulluqdur, həm də ki, valyuta gətirən bir sahədir. Şərabçılıq deyəndə, əlbəttə ki, mən ilk növbədə ixracı nəzərdə tuturam”.

İlham ƏLİYEV

 

Son illər baş verən qlobal maliyyə böhranının dünya iqtisadiyyatına təsiri davamlı xarakter aldığından bir çox sahələr, o cümlədən aqrar-sənaye kompleksində bir sıra çətinliklər yaratmışdır. Lakin Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində həyata keçirilən iqtisadi islahatlar bu çətinliyin qarşısını almış, Azərbaycan iqtisadiyyatı inkişaf sürətini qoruyub saxlamışdır. Nəticədə sosial-iqtisadi sahədə əldə olunan müsbət dəyişikliklər ölkəmizin iqtisadi qüdrətini daha da artırmışdır. Hazırda aparılan uğurlu islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Heç təsadüfi deyil ki, bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu-Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerə layıq görmüşdür. Bütün bu uğurlar barədə oktyabrın 7-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı daha geniş məlumat verdi. Xüsusilə qeyri-neft sektorunun, o cümlədən aqrar-sənaye komplekslərinin daha da inkişaf etdirilməsi, ixracın stimullaşdırılması və bununla da ölkəyə daha çox valyuta gəlməsi üçün adamlarının fəallaşmasına ehtiyac olduğunu diqqətə çatdırdı. Belə sahələrdən birinin şərab istehsalı olduğunu nəzərə alsaq, Şəmkirdəki “Şərq ulduzu” Məhdud Məsuliyyətli Cəmiyyətdə görülən işlər müsbət dəyərləndirilməlidir.

 

Təşəbbüs nəticə verdi

 

Əsgər Alırzayev uzun illər Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olub və həmişə də bir fikir onu rahat buraxmayıb. Necə etsin ki, qazandığı vəsaitlə doğulub boya-başa çatdığı Şəmkir rayonunda qursun. 2002-ci ildə rayona qayıdan Əsgər arzusunu reallaşdırmaq üçün hazırlıq işlərinə başladı. Böyük bir təsərrüfat qurmaq arzusunu qohum-əqrəbası ilə də bölüşdü. Bu istəyin gerçəkləşməsinə inananlar da oldu, inanmayanlar da. Qısa vaxt ərzində Fransadan üzüm tingləri gətirib 110 hektarda bağ saldı. Rayonda əvvəllər üzümçülüklə məşğul olanonundilini” yaxşı bilən təcrübəli insanları işə cəlb etdi. Bağlar 2005-ci ildə məhsula düşəndə, şərab istehsalı üçün zavod tikdirdi. Texnoloji avadanlıqların gətirilib quraşdırılması üçün AlmaniyaFransa mütəxəssislərinə müraciət etdi. Beləliklə, uğurun başlanğıcı qoyuldu. İndi Şəmkirə yolu düşən hər kəs magistral yolun sol tərəfində iki nəhəng şərab çəlləyinin üzərində qurulmuş lövhənin üzərində bu yazını oxuyur: “Şərq ulduzu” MMC. Yolun hər iki tərəfində salınmış üzüm bağlarına baxdıqca nə qədər zəhmət çəkildiyi göz önündə canlanır. Səliqə-sahman da öz yerində.

 

Ən müasir avadanlıqlar üzümü şəraba çevirir

 

Şərabçılıq Şəmkirdə ənənəvi istehsal sahəsidir. Odur ki, məhsulun yüksək kondisiyaya uyğun yetişdirilməsində və şərab məhsuluna çevrilməsində elə bir problem yaşanmır. Necə deyərlər hamı öz işini yaxşı bildiyindən proses çox dəqiqliklə yerinə yetirilir.

Zavodun baş texnoloqu Aydın Əmrahovla söhbətimiz də bu barədə oldu. O dedi ki, əsas məqsədimiz xarici bazarlara çıxmaqdır. Bunun üçün imkanımız da var, məhsulumuz da.

Sonra üzümün ilkin emalından şərab kimi süzülənədək gedən proseslə maraqlandıq. Baş texnoloq görülən bütün işlər barədə məlumat verdidedi ki, hazırda 110 hektar üzüm bağımız var. Bağlar əsasən Fransa, İranGürcüstandan gətirilən, həmçinin yerli üzüm sortlarından ibarətdir. Ən maraqlısı budur ki, vətəni Orta Asiya olanŞirazüzüm sortu ilk dəfə Şəmkirdə yetişdirilib. “Bayan şirə” isə keçmiş sovetlər dövründə ən yararsız sortlardan hesab olunsa da, onun yetişdirilmə və şərabının hazırlanması texnologiyasında yeniliklər əldə etmişik. İndi bu sortdan alınan məhsul ən qiymətli şərab hesab olunur.

Məlum oldu ki, şərab istehsalı müəssisəsi hazırda 2 min ton üzüm emal etmək gücünə malikdir. Zavod ən müasir texnologiyaların tətbiqi əsasında qurulmuşdur. Burada quraşdırılan avadanlıqlar Almaniyaİtaliya istehsalıdır. Alman layihəsi əsasında qurulmuş zavodda tutumu 14 tondan 37 tonadək olan 63 ədəd çən qoyulmuşdur. Bütün istehsal prosesi kompüterlə idarə olunur. Qiymətli şərab növlərinin saxlandığı taxta çəlləklər palıddan hazırlanmışdır. Zavodda mühüm avadanlıqlardan birivakuum-membran presidir. Fransa istehsalı olan bu avadanlığın üstünlüyü ondadır ki, üzümün sıxılması prosesini həyata keçirərkən qabığını və toxumunu əzmir. Bu da şərabın dadının dəyişmə ehtimalını sıfıra endirir. Müəssisədə şərabın saxlanma temperaturuna da ciddi diqqət yetirilir. Moldovadan alınmış avadanlıq saatda 3 min şüşəni doldurmağa imkan verir.

Hazırda burada 9 növ şərab istehsal edilir. “Şardane”, “Bayan şirə”, “Merlot”, “Rekasteli”, “Sapiravi”, “Kabarne savinyon” və “Şiraz” şərabları üzüm sortlarının adını daşıyır. Bundan başqa, müəssisədə sutkada şərab məhsullarından 7 ton konyak üçün xammal emal edilirbundan 700 litr konyak spirti alınır.

 

Azərbaycan şərabı Asiya və Avropanı fəth edir

 

Artıq müəssisənin istehsal etdiyi şərablar nəinki keçmiş postsovet məkanında, eləcə də uzaq Amerikada, AsiyaAvropa dövlətlərində də maraqla qarşılanıb. Keçirilən şərab sərgilərində və yarmarkalarında tanınmış mütəxəssislər “Şərq ulduzunun istehsal etdiyi və “Made in Azerbaijanbrendi ilə təqdim olunan şərablara yüksək dəyər verir, onun keyfiyyəti barədə maraqlı fikirlər söyləyirlər.

Yaponiyada keçirilən “Foodex 2014” sərgisində “Şərq ulduzunun şərabları üçün ayrılmış pavilyonun qarşısı həmişə adamla dolu olurdu. Mütəxəssislər, eləcə də şərabsevərlər Azərbaycan şərablarının dadından valeh olduqlarını söyləyir, onun istehsalı ilə maraqlanırdılar. Məhz bu marağın nəticəsidir ki, sərgidə Yaponiyanın “Orient Stars” şirkəti ilə bağlanmış müqaviləyə əsasən məhsul ixracına başlanılmışdır.

Bu barədə həvəslə danışan zavodun baş texnoloqu onu da əlavə etdi ki, Yaponiyanın JETRO təşkilatının məsul işçisi Takaşi Tsuemi sərgidə bildirmişdir ki, Azərbaycanın “Şərq ulduzu” şirkətinin məhsulları ekspertlər tərəfindən yüksək qiymələndirilir. Bu da onu deməyə əsas verir ki, Şəmkir şərabları artıq Yaponiya bazarlarına yol açmışdır. Hazırda Azərbaycan brendi ilə satılan Şəmkir şərabları təkcə Tokioda deyil, Yaponiyanın digər şəhərlərində də həvəslə alınır. Bundan başqa, bu yaxınlarda Yaponiyanın şimal adası olan Hokkaydonun Sapporo şəhərinə də xeyli Şəmkir şərablarının nümunələri göndərilmişdir. Ümumiyyətlə, Şəmkir şərablarına Yaponiya ilə yanaşı, Rusiya Federasiyasında, Cənubi Koreyada, Çində böyük maraq göstərilir.

Bundan başqa, “Şərq ulduzunun məhsulları Almaniyada da rəğbətlə qarşılanır. Almaniyada keçirilən “MİNDUS Vini” sərgisinə təqdim olunan məhsullar da yüksək yerlərdən birini tutaraq qalib adını alıb. Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən 2-ci Beynəlxalq Şərab Festivalında isə Şəmkir şərabları qızıl, gümüşqran-pri mükafatlarına layiq görülmüş, əldə etdiyi uğurlara görə müəssisəyə beynəlxalq sertifikat verilmişdir.

Yeri gəlmişkən, Yaponiyanın Tokio şəhərində bir Azərbaycan restoranı fəaliyyət göstərir və orada yerli sakinlərə və qonaqlara milli Azərbaycan xörəkləri ilə yanaşı, “Şərq ulduzunun şərabları da təklif olunur.

 

Prezident İlham Əliyevin zavoda gəlişi unudulmaz anlar yaşadıb

 

2009-cu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəmkir rayonuna səfəri çərçivəsində bu müəssisədə olmasını kollektiv yeniBizit” adlı şərabın istehsalı ilə unudulmaz anlara çevirmişdir. Cəmi 2009 ədəd istehsal olunan həmin şərabın ilk nümunəsi Prezidentə hədiyyə edilmişdir. Bu tarixi səfər zavodda yaradılan muzeydə öz əksini tapmışdır.

Müəssisənin istehsal etdiyi şərabların alıcılıq qabiliyyəti yüksəldikcə, istehsal sahələrinin genişləndirilməsi məsələsi də qarşıya çıxır. İndi istehsal olunan şərabların təbii temperaturda saxlanması üçün zirzəminin, eləcə də yığılan üzümün qış mövsümünə saxlanması üçün soyuducu anbarın tikintisi üçün hazırlıq işlərinə başlanılmışdır.

Hazırda bağlarda üzüm yığımı davam edir. Kollektiv yaxşı bilir ki, istehsal olunan məhsul keyfiyyətli olarsa, ondan hazırlanmış şərab istər respublika daxilində, istərsə də xaricdə öz alıcısını tapacaq. Bunun üçün kollektiv qüvvəsini səfərbər edərək bütün imkanlardan maksimum istifadə etməyə çalışır.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 16 oktyabr.- S.9.