“Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000 ci il 21 oktyabr tarixli 407 nömrəli Fərmanının ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 407 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 10, maddə 722; 2009, ¹ 3, maddə 163; 2014, ¹ 10, maddə 1191) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 2.