Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”ni “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanına  uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 598; 2004, ¹ 2, maddə 71, ¹ 12, maddələr 994, 1005; 2005, ¹ 10, maddə 910; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 7, maddə 521, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2015, ¹ 2, maddə 130, ¹ 9, maddə 980) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.9-cu yarımbəndə “atmosfer havasının” sözlərindən sonra “və yaşıllıqların” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 10.70-1-ci yarımbənd əlavə edilsin:

“10.70-1. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların toplanılmasını və bu məlumatların nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;”.

3. 10.83-cü yarımbəndə “meşələrin” sözündən sonra “və digər yaşıllıqların” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 2.