Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu əlamətdar gün Azərbaycan xalqının həyatına böyük tarixi hadisə kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik strategiya, həmçinin müasir mərhələdə Sizin ardıcıl, tarazlaşdırılmış və quruculuq siyasətiniz sayəsində Azərbaycan Respublikası regionun lider dövlətinə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində özünün layiqli yerini tutub. Azərbaycan Cənubi Qafqazda geosiyasigeoiqtisadi proseslərin lideri kimi cəmi 25 ildə irimiqyaslı beynəlxalq neft, qaz və nəqliyyat layihələri həyata keçirib, böyük nailiyyətlər və tərəqqi əldə edib. Xarici arenada müstəqil siyasət yürüdən Azərbaycan daim sübut edir ki, başqa dövlətlər və təşkilatlarla necə işləməyi və əməkdaşlıq etməyi dünyada heç bir ölkə və heç bir iri beynəlxalq təşkilat ona diktə edə bilməz.

Bu gün istər millətlərarası, istərsə də dinlərarası münaqişələrin alovlandığı təlatümlü dünyamızda Azərbaycan bütün konfessiyaların dinc yanaşı yaşadığı sabitlik və əmin-amanlıq adasıdır. Bütün dünya aydın şəkildə görür ki, Azərbaycan bu ölkənin cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Bu dövlətin millətçiliyə, şovinizmə, faşizmə və terrorizmə alternativ olan öz multikulturalizm modeli var. Hətta ərazisinin 20 faizinin qonşu separatçı Ermənistan tərəfindən işğalı da həqiqi sivilizasiyalararası dialoq nümunəsi olmaqda, bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yaşadığı məkan kimi qalmaqda Azərbaycana və onun mehriban xalqına mane ola bilməyib. Azərbaycan multikulturalizmi bütün dünyada öyrənilməli və yayılmalıdır. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, İsrail Dövləti Azərbaycanda yaşayan bütün icmalara, eləcə də yəhudi icmasına Sizin və xalqınızın diqqət və səmimi münasibətini yüksək qiymətləndirir. Belə münasibətin dünyada presedenti yoxdur. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiq olduğunuz, Azərbaycanda yaşayan bütün konfessiyalaraxalqlara hörmətlə yanaşdığınız üçün İsrail cəmiyyətinin böyük hissəsinin, eləcə də dünyanın başqa dövlətlərindəki yəhudi icmasının dərin hörmətini qazanmısınız.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah, fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

Arye Qut

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin

İsrail Dövlətindəki nümayəndəliyinin direktoru,

“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri

 

Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 2.