Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizidost Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan ötən 25 ildə böyük inkişaf yolu keçib, iqtisadi, sosial və mədəni sahələrdə heyrətamiz uğurlar əldə edib.

Dağıstan ilə Azərbaycanı qədim dostluqmehriban qonşuluq telləri bağlayır. Biz Azərbaycan rəhbərliyinin Dağıstan ilə tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirməyə, qarşılıqlı faydalı layihələr həyata keçirməyə çalışmasını yüksək qiymətləndirir və buna Dağıstana xüsusi rəğbətin əlaməti kimi baxırıq.

Əminəm ki, Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi istiqamətində yeni imkanların aşkara çıxarılması üçün mövcud potensialı birgə səylərimizlə reallaşdıra biləcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına quruculuq fəaliyyətinizdə uğurlar, sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Ramazan Abdulatipov

Rusiya Federasiyası Dağıstan

Respublikasının başçısı

 

Azərbaycan.- 2016.- 19 oktyabr.- S.2.