Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişMüfəssəl planların hazırlanması, razılaşdırılması təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 407                                    Bakı şəhəri, 11 oktyabr 2016-cı il

 

Azərbaycan Respublikası PrezidentininAzəravtoyolAçıq Səhmdar Cəmiyyəti haqqında” 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanının 5.2-ci Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamının 2.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 1, maddə 57, N 11, maddə 1417; 2016, N 6, maddə 1193) ilə təsdiq edilmişMüfəssəl planların hazırlanması, razılaşdırılması təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”na aşağıdakı məzmunda 6.10-1-ci bənd əlavə edilsin:

“6.10-1. “AzəravtoyolAçıq Səhmdar Cəmiyyəti;”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 3.