Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmişGömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

 ¹ 408                        Bakı şəhəri, 11 oktyabr 2016-cı il

 

Malların nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçünYaşıl dəhliz digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 1, maddə 68; 2015, N 5, maddə 637) ilə təsdiq edilmişGömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 5.3-cü bənd əlavə edilsin:

“5.3. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmişMalların nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçünYaşıl dəhliz digər buraxılış sistemlərindən istifadə Qaydaları”na uyğun olaraq qısa idxal bəyannaməsi əsasında malların nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.-19 oktyabr.- S. 3.