Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizə səmimi və dərin hörmətimi bildirim, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25–ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edim.

Bu gün Azərbaycan dövlətinin yeni tarixinin, güclü, çiçəklənən ölkə quruculuğunun başlandığı gündür. Bu illər ərzində Azərbaycan milli iqtisadiyyatın əsas sahələrinin, elmin və mədəniyyətin inkişafına, Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına yönəlmiş sosialiqtisadi dəyişikliklərin həyata keçirilməsində böyük uğurlar qazanıb.

Həştərxan vilayəti Azərbaycan Respublikası ilə dostluğu yüksək qiymətləndirir və ikitərəfli etibarlı əməkdaşlığa görə fəxr edir.

Əminəm ki, bizim regionlar arasında çoxəsrlik mehriban qonşuluq ənənələrinə əsaslanan münasibətlərin potensialı gələcəkdə yalnız artacaqdır.

Bu əziz bayram günündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh, xoş əhval, firavanlıq və Azərbaycanın rifahı naminə yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

Aleksandr Jilkin

Həştərxan vilayətinin qubernatoru

 

Azərbaycan.- 2016.- 20 oktyabr.- S.6.