Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru, Zati-aliləri cənab İlham Əliyevə

 

Əziz İlham Heydər oğlu!

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu 25 il ərzində ölkəniz böyük yol keçib – Azərbaycan öz zəngin ənənələrini qoruyub saxlamaqla gələcəyə addımlayıb.

Azərbaycan öz istedadlı xalqının təmkini və əməyi sayəsində çiçəklənən ölkəyə çevrilibsülh, inkişaf yolunda inamla irəliləyir.

Azərbaycanın ölçülüb-biçilmiş, müdrik siyasəti Rusiya ilə, digər tərəfdaş dövlətlərlə ikitərəfli münasibətləri qoruyub saxlamağa və möhkəmlətməyə imkan verir. Sizin ölkəniz haqlı olaraq beynəlxalq birliyin hörmətini qazanıb.

Bakı Beynəlxalq Humanitar Forumu günlərində Sizin ölkənizin nailiyyətlərini şəxsən müşahidə etmək şərəfinə nail olmuşam.

Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və firavanlıq arzu edirəm.

Səmimi və dərin hörmətlə,

 

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki

 

Azərbaycan.- 2016.- 20 oktyabr.- S. 6.