Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Sizi Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirəm.

Türk xalqlarının tarixinə qızıl hərflərlə həkk olunmuş bu əlamətdar gündə Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın hərtərəfli inkişafının və beynəlxalq aləmdə nüfuzunun şahidi olmaq sevindirici haldır. Odur ki, təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının böyük siyasi xadimimüdrik şəxsiyyəti ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı bizə şərəf hissi yaşadır və həmişə yaşadacaqdır.

Əbədiyaşar müstəqilliyimizin bərpasının 25-ci ili münasibətilə Sizi bir daha təbrik edirəm.

Dərin hörmət və ehtiramla,

 

Günay Əfəndiyeva

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

 

Azərbaycan.- 2016.- 20 oktyabr.- S.6.