“Made in Azerbaijan” brendinin təbliği ilə bağlı meyar prosedurlar müəyyənləşdirilib

 

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanında nəzərdə tutulan ixracın stimullaşdırılmasına dair dəstək mexanizmlərinin reallaşdırılması üçün 1-i qayda 4-ü meyar olmaqla 5 sənəd artıq təsdiq olunub. İlkin olaraq ixrac missiyalarının təşkil edilməsi, beynəlxalq sərgi yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı meyar prosedurlar müəyyənləşdirilib.

Bu barədə oktyabrın 19-da Bakıda 150-yə yaxın ixracatçı şirkətin iştirakı ilə keçirilmişQeyri-neft ixracı: Bu günün çağırışları yeni imkanlarmövzusunda konfransda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Vurğulanıb ki, ilkin olaraq ixrac missiyalarının Avropa İttifaqı, MDB, körfəz ərəb ölkələrinə, eləcə Çin, Yaponiya, Malayziya s. ölkələrə təşkili nəzərdə tutulur.

Noyabr ayında Çinə (Honkonq Quançjou) ilk ixrac missiyası təşkil olunacaq bu missiyanın təşkili əsasən Azərbaycan şərabını bu ölkədə təbliğ edəcək. 2016-cı ilin noyabrında Çində keçiriləcək beynəlxalq şərab sərgisində, gələn il isə Almaniyada təşkil olunacaqYaşıl həftə”də, Dubay ərzaq, Düsseldorf şərab, Moskva kənd təsərrüfatı sərgilərində Azərbaycan stendinin təşkili nəzərdə tutulur. Xarici ölkələrin ictimai yerlərində kütləvi informasiya vasitələrində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab şirələrinin, eləcə xalçalarının təbliğı planlaşdırılır. İstanbul, Moskva, Frankfurt, Dubay digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın Fransanın tanınmış mağazalar şəbəkələrində, SOCAR-ın bir sıra ölkələrdəki yanacaqdoldurma məntəqələrindəki mağazalarında, xaricdə fəaliyyət göstərənAzərbaycan evləri”ndə mərkəzlərində “Made in Azerbaijan” rəflərinin yaradılması nəzərdə tutulur.

Bundan başqa, Azərbaycanın bir sıra kənd təsərrüfatı sənaye məhsullarının Avropa İttifaqı, Mərkəzi Asiya ərəb ölkələrinə ixracı üçün bazar araşdırmaları aparılacaq.

Konfransda nazir Şahin Mustafayev, həmçinin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müstəqilliyimizin bərpa olunmasından ötən 25 il ərzində iqtisadi sahədə əldə olunan uğurlar əsas iqtisadi göstəriciləri diqqətə çatdırıb, qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin ixracın genişləndirilməsinin prioritet olduğunu qeyd edib. Bu istiqamətdə həyata keçirilən ardıcıl sistemli iqtisadi islahatlar barədə məlumat verən Şahin Mustafayev görülmüş tədbirlər nəticəsində lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirildiyini, sahibkarlıq subyektlərində aparılan yoxlamaların sayının xeyli dərəcədə azaldığını 2016-cı ildə cəmi 50 yoxlama keçirildiyini (müqayisə üçün 2015-ci ildə belə yoxlamaların sayı 50 mindən çox olub) qeyd edib. Bildirib ki, indiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib, hazırda bu sahədə 9 layihəyə baxılır.

Ümumilikdə, son 5 ayda verilmiş baxılmaqda olan bu cür investisiya layihələri üzrə 800 milyon manatdan çox sərmayə qoyuluşu həyata keçiriləcək. Bu günədək sahibkarların 32 min investisiya layihələrinin maliyyələşdirilməsinə 2 milyard manat həcmində güzəştli kredit verilib.

Yerli istehsalın dəstəklənməsi ixracın genişləndirilməsi istiqamətində görülən işlər barədə danışan nazir Şahin Mustafayev bildirib ki, son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsullar istehsalını artırıb, ixrac imkanlarını genişləndirib. Bununla belə, sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, sənaye zonalarının, aqroparkların yaradılması ilə bağlı işlərin intensivləşdirilməsi, özünütəminetmə səviyyəsi yüksək olan bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının artırılması, dövlət satınalmalarında yerli şirkətlərə üstünlük verilməsi, “Antidempinq, kompensasiya mühafizə tədbirləri haqqındaQanunun qəbulu yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb.

Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18 faiz, ixrac olunan məhsul çeşidləri isə 12 faiz artıb. Bu dövrdə qeyri-neft məhsulları ixracı 844 milyon ABŞ dolları olub. Qeyri-neft ixracının 54 faizi MDB üzvü olan dövlətlər Gürcüstanın, 36 faizi Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11 faizi isə digər ölkələrin payına düşür. Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, Azərbaycan mənşəli məhsullara veriləcək ixrac təşviqi, İxracatçılar Klubunun ixtisaslaşmış assosiasiyaların (şərab, nar, meyvə-tərəvəz s.) yaradılması, bu gün təqdimatı keçirilən ixrac portalı ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

Nazir Şahin Mustafayev dəstək tədbirlərindən faydalanmaq ixracı genişləndirmək məqsədilə yerli şirkətlərə keyfiyyət, qablaşdırma etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac departamentlərinin yaradılması, ixrac portalında məlumatların yerləşdirilməsi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə sıx əməkdaşlıq İxracatçılar Klubunda fəal iştirakı tövsiyə edib.

Milli Məclisin iqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların, o cümlədən sahibkarlığın inkişafı, daxili bazarın qorunması ixracın stimullaşdırılması tədbirlərinin iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin və məşğulluğun təmin olunması, daxili tələbatın ödənilməsi sahəsində əhəmiyyətini qeyd edib, aqrar sektorun geniş ixrac imkanlarına malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkəmiz hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünü təmin edir, meyvə-tərəvəz məhsulları, şərablar, şirələr və s. xarici ölkələrə ixrac edilir. Bununla belə, əlverişli torpaq-iqlim şəraiti, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün tətbiq olunan güzəştlər, yaradılmış müasir infrastruktur daha çox kənd təsərrüfatı məhsullarının ixracına geniş imkan yaradır. Qeyd edilib ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət və qayğı həmin məhsulların istehsalının və ixracının artırılmasına əlavə stimul yaradır.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov gömrük prosedurlarının sadələşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı daşıma proseslərinin asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, ixrac üçün lazım olan sənədləri və rəsmiləşdirmə prosedurlarını diqqətə çatdırıb.

Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev müvafiq sahədə görülən işlər, qanunvericilikprosedurlar barədə danışıb, görülən tədbirlərin ixracın genişləndirilməsində əhəmiyyətini qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov yeni iqtisadi şəraitdə iqtisadi artımın təmin olunmasında ixracın stimullaşdırılmasının önəmini qeyd edib. Təhsil xidmətlərinin ixracı barədə danışan Ədalət Muradov İqtisad Universitetinin UNEC brendi ilə dünya bazarına çıxdığını, universitetin dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini bildirib. Rektor müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dair təkliflər səsləndirib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyri-neft sektorunun inkişafında və ixracın stimullaşdırılmasında sahibkarların rolunu qeyd edib. M.Musayev son dövrlərdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlərin özəl sektor tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ixracın stimullaşdırılmasına dair dəstək mexanizmləri və yeni yaradılan ixrac portalı barədə təqdimatla çıxış edib. Bildirilib ki, www.export.az portalında ixrac məhsulları və şirkətlər, ixraca verilən sertifikatlar, hədəf bazarlars. məlumatları əldə etmək mümkün olacaq. Üç dildə fəaliyyət göstərəcək saytda asan axtarış və qeydiyyat sistemi mövcuddur.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 20 oktyabr.- S.9.