Beynəlxalq muğam festivalına yekun vurulmuşdur

 

Paytaxt Bakının evsahibliyi etdiyi daha bir beynəlxalq tədbir uğurla başa çatmışdır. Muğam Mərkəzində VIII Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir. Mədəniyyət Turizm, Gənclər İdman, Xarici İşlər nazirliklərinin dəstəyi, “KainatGənclik Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi festivala müxtəlif ölkələrdən gənc ifaçılar qatılmışdı. Yekun konsert başa çatdıqdan sonra qaliblər elan edilmiş, festivalın finalına qatılan bütün ifaçılara diplomlar verilmişdir.

Tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə festival barədə ətraflı məlumat verərək bildirmişdir ki, beynəlxalq festival 1997-ci ildən keçirilən ənənəvi respublika uşaq muğam festivallarının davamıdır və bu formatda artıq səkkizinci dəfə təşkil olunmuşdur. Vurğulandı ki, belə layihələr uşaqların gələcək inkişafına müsbət təsir göstərir. Builki festivala da maraq yüksəkdir. Tədbirə səkkiz ölkə - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, İran, İraq, Misir və Tacikistanı təmsil edən musiqiçilər qatılıblar.

Rahib Rəsulzadə diqqətə çatdırmışdır ki, festival çərçivəsində keçirilən ifaçılıq yarışmasının son seçim turuna qatılan 27 iştirakçıdan15-i finala vəsiqə qazanıb. Xaricdən gələn gənc istedadlarla yanaşı, həmin ölkəni bir mütəxəssis də təmsil edireyni zamanda beynəlmiləl tərkibli münsiflər heyətinin üzvüdür. Münsiflər heyətinin sədri xalq artisti, professor Ağasəlim Abdullayevdir. Finalçılar münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazirliyinKainat” Gənclik Mərkəzi ilə birgə həyata keçirdiyi layihələr - islam dünyası gənc klassik musiqi ifaçılarının müsabiqəsi və uşaq muğam festivalı barədə danışaraq, hər iki layihənin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirmişdir.

Azərbaycanda muğam sənətinə göstərilən diqqət və qayğıdan danışan nazir müavini Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə təşkil edilən beynəlxalq muğam festivallarını, həmçinin muğam televiziya müsabiqələrini xüsusi dəyərləndirmişdir.

Sonra iştirakçıların çıxışları dinlənildi. İfaçıları Baba Salahov adına “Arazxalq çalğı alətləri ansamblı müşayiət edirdi.

Yekun konserti başa çatdıqdan sonra qaliblər elan edilərkən festivalın baş mükafatına (Qran-pri) azərbaycanlı iştirakçı Asunda Səlimli layiq görüldü. Birinci yer Özbəkistan təmsilçisi Roziyaxon Komiljonova, ikinci yer Azərbaycandan Romal AbdullayevaTacikistandan Abdulkahor Qafforova verildi. Üçüncü yerə qazaxıstanlı Malika Aldamjarova, Türkiyədən Sezer Nayçi, İrandan Sasan Alizadə və iraqlı Nozad Vasim Jan layiq görüldü. Qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr, yeddi nəfər iştirakçıya isə həvəsləndirici mükafat verildi.

Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tacikistan təmsilçisi Gulnoza Qaforiyə “Repertuarında Azərbaycan muğamından parça daxil etdiyinə görə” xüsusi diplom və hədiyyə təqdim olundu. Festivalın finalına qatılan bütün ifaçılara diplomlar verildi. Eyni zamanda festivalın beynəlmiləl tərkibli münsiflər heyətinin hər bir üzvünə Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin mükafatları təqdim edildi.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2016.- 21 oktyabr.- S. 8.