Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 284-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 712; 2014, ¹ 7, maddə 817) 4-cü hissəsində  aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci abzasın sonunda nöqtə işarəsi  nöqtəli vergül  işarəsi ilə əvəz edilsin.

2. Üçüncüdördüncü abzaslar müvafiq olaraq dördüncübeşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“həmin qanunun 20-ci maddəsinin altıncı hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 2.