Sahibkarlığa maliyyə dəstəyinin səmərəli aləti - lizinq

 

Məlumdur ki, sahibkarlıq iqtisadiyyatın strukturunda mühüm yer tutur. Onun sürətli inkişafı dövlətə mühüm təsərrüfat, maliyyə və sosial problemləri həll etməyə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyev yerli biznesin inkişafı üçün əlverişli mühitin yaradılması üzrə strateji xəttin təmin olunmasını mühüm vəzifə kimi qarşıya qoyub. Bu vəzifənin həyata keçirilməsinin səmərəli mexanizmlərindən biri lizinqdir.

 

Müasir iqtisadiyyatda lizinqin roluyeri

 

Son onilliklərdə bütün dünyada geniş yayılmış lizinq biznesi iqtisadiyyatın bütün sahələrində texniki vasitələrin yeniləşdirilməsi üçün daha səmərəli və tələb olunan bir alətdir. Beynəlxalq təcrübənin göstərdiyi kimi, lizinq yalnız yeni texnologiyaların tətbiqi, təkcə istehsalat potensialının keyfiyyət baxımından təkmilləşdirilməsi deyil, həm də sahibkarlığa maliyyə dəstəyi, bu sahənin stimullaşdırılması, kapital qoyuluşunun cəlb edilməsi, əlavə yerlərinin yaradılması, sosial gərginliyin azaldılması və s. üçün mühüm vasitədir. Bir çox ölkələrdə lizinq investisiya siyasətinin mühüm tərkib hissələrindən biri, istehsal bazasının müasirləşdirilməsi üçün həqiqi katalizator, innovasiya fəaliyyətinin maliyyələşdirilməsinin əsas üsuludur. Ümumilikdə lizinq əməliyyatlarının aparılmasında dolğunluqgeniş şaxələnmə ölkənin bütün iqtisadiyyatının, xüsusən istehsalatda iqtisadi əlaqələrin inkişafının göstəricisi kimi çıxış edir.

Lizinq vergi sahəsində güzəştlərdən və sığorta mexanizmini istifadə etməyə qadir olan universalçevik saziş formasıdır. Onun sürətli inkişafı XX əsrin ikinci yarısından başlamışdır və bu, fəaliyyət növünün xarakterik xüsusiyyətlərindən irəli gəlirdi. Birincisi, lizinq xüsusi növ maliyyə xidmətləri ilə sahibkarlığın spesifik bir formasının birləşməsi olaraq dünyada müasir iqtisadi vəziyyətdə obyektiv olaraq inkişaf üçün daha çox şanslara malikdir. Çünki maliyyə profilli xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşma getdikcə daha da dərinləşir, kredit resurslarının toplanması isə olduqca qeyri-bərabər baş verir. İkincisi, lizinqin çiçəklənməsi onunla bağlıdır ki, o, səbəbləri müxtəlif olsa da, həm ABŞ-Avropa-Yaponiya üçbucağına daxil olan inkişaf etmiş ölkələrdə, həm də Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrində yüksəlməkdə olan kiçikorta biznesin inkişafı üçün nadir bir alətdir. Məhz bu növ sahibkarlıq strukturları üçün lizinq istehsal fəaliyyətinə başlamağaya fəaliyyətini genişləndirməyə imkan verən bir çox hallarda yeganə yoldur. İstehsalın bu cür maliyyələşdirilməsi öz mahiyyətinə görə bank kreditləri hesabına avadanlığın alınması ilə müqayisədə sahibkar üçün daha sərfəlidir. Başqa sözlə, lizinq onun bütün iştirakçıları (lizinq verənlər, lizinq alanlar, avadanlıq istehsalçıları, sığortaçılar və sair iştirakçılar) tərəfindən istifadə edilən müxtəlif növ üstünlükləri (maliyyə, vergi, investisiya) uyğunlaşdırmağa və birləşdirməyə imkan verən sahibkarlıq və maliyyə fəaliyyətinin mürəkkəb formasıdır.

2014-cü ildə dünyada yeni lizinq biznesinin həcmi 944,3 mlrd. dollardan çox olmuşdur. Lizinq sövdələşmələri daha çox Şimali Amerikada (39,0%) və Avropada (34,7%) həyata keçirilmişdir. Sahə üzrə həcm indikatorlarının müsbət artımı isə Avstraliya/Yeni Zelandiyada (185,1%), Asiya (10%) və Şimali Amerikada (9,9%) müşahidə olunmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, iki il dinamik yüksəlişdən (2011-ci ildə - 20%, 2012-ci ildə - 9%), sonra da 2013-cü ildə lizinq sənayesi kifayət qədər yaxşı nəticə göstərmişdir - 1,7%. Lakin artıq 2014-cü ildə bu göstərici 6,8% -i ötmüşdür. Lizinqin iqtisadiyyata ən çox daxil olması (onun illik həcminin ÜDM-lə nisbəti) Estoniyada (5,91%), İsveçdə (3,82 %), Latviyada (3,36 %), Böyük Britaniyada (2,67%), Litvada (2,65%) müşahidə edilmişdir. Əsas kapitala ümumi investisiyalarda lizinqin payına görə aparıcı mövqeləri Avstraliya (40,0%), Kanada (31,0%), Böyük Britaniya (28,6%), Danimarka (25,0%), İsveç (22,7%), ABŞ və Estoniya (22,0%) kimi ölkələr tutmuşdur.

 

Lizinq Azərbaycanda: təkamül, müasir vəziyyət və tendensiyalar

 

Azərbaycanda lizinq bazarı öz inkişafının ilkin mərhələsindədir. Onun təşəkkül prosesini şərti olaraq üç mərhələyə bölmək olar. Birinci mərhələ xüsusi mülkiyyət və biznes fəaliyyəti institutunun formalaşması ilə səciyyələnir ki, bu da elmi-texniki tərəqqinin tələblərinə maksimum dərəcədə cavab verən, özəl və ictimai maraqları ahəngdar şəkildə birləşdirən lizinqin sahibkarlığın yeni forması kimi inkişafı üçün potensial şərait yaratmışdır. Belə ki, 1994-cü ildə postsovet məkanında ilk dəfə Azərbaycanda bu fəaliyyət sahəsinin inkişafı üçün bütün növ vergilərdən azad olunmaqdan tutmuş digər əhəmiyyətli güzəştlərədək böyük imtiyazlar nəzərdə tutan lizinq haqqında qanun qəbul olunmuşdur. Buna baxmayaraq, lizinq bazarının real yaranması çox uzanmışdır ki, bu da, fikrimizcə, təsərrüfat subyektləri arasında onlara göstərilən xidmətlərin tanıdılmasının zəifliyindən, onların lizinqi istehsalın modernləşdirilməsi üçün təsirli vasitə kimi qəbul etməyə hazır olmadıqlarından, müxtəlif hüquqi uyğunsuzluqlardans. irəli gəlirdi. Odur ki, bir neçə lizinq şirkətlərinin mövcudluğuna baxmayaraq, onlar faktiki olaraq fəaliyyət göstərməmişdir.

İkinci mərhələ, 2004-cü ildə Azərbaycanda lizinq münasibətlərinin tənzimlənməsi üçün normativ-hüquqi əsasları qoymuş MülkiVergi məcəllələri kimi qanunvericilik aktlarının qəbul edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin lizinq haqqında müddəalarının əhəmiyyətli dərəcədə yenilənməsi və genişlənməsi ilə əlaqədar bu sahənin fəaliyyətinə dair 1994-cü ildə qəbul olunan müstəqil qanun ləğv olunmuşdur.

Azərbaycanda lizinq sektorunun inkişafına Beynəlxalq Maliyyə Korporasiyası (BMK) əhəmiyyətli təkan verdi. Belə ki, 2003-cü ildə BMK xüsusi layihənin icrasına başlamış və bununla da lizinq sektorunun Azərbaycanda təşəkkülünün üçüncü mərhələsinin başlanğıcını qoymuşdur. BMK-nın hökumət orqanları, aparıcı bank və sığorta qurumları ilə sıx əməkdaşlığı öz müsbət nəticələrini vermişdir: ölkədə lizinq fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşmiş, onun vergi rejimi yaxşılaşmış, sahibkarlar arasında əsas lizinq xidmətləri barədə məlumatlılıq artmışdır. 2003-2008-ci illər ərzində Azərbaycan lizinq şirkətlərinin portfelinin hər il ən azı ikiqat artması müşahidə olunmuşdur. Lakin bəzi imtiyazların dayandırılması sahənin inkişaf dinamikasına saxlayıcı təsir göstərmişdir. Belə ki, əgər 2008-ci ildə lizinq bazarının portfeli 265 mln. dollara çatırdısa, ondan sonrakı illərdə o, nəzərəçarpacaq dərəcədə - 2010-cu ildə 237 mln. dollara qədər (10,6%), 2011-ci ildə 257 mln. dollara qədər (3,0%) azalmışdır.

Lizinq şirkətlərinin təşkili üzrə konkret tədbirlər Azərbaycanda kiçikorta biznesə dövlət dəstəyi proqramlarında da müəyyən olunmuşdur. 2012-ci ilin dekabrında təsdiqlənmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında lizinq maliyyə xidmətləri bazarının əsas seqmentləri arasında istehsalın texniki şəraitinin yaxşılaşdırılması, infrastrukturinvestisiya layihələrinin gerçəkləşdirilməsinin mühüm maliyyə mənbəyi kimi göstərilmişdir. Lizinqin inkişafı üçün müəyyən stimullar 2012-ci ilin əvvəlindən qüvvəyə minmiş Gömrük Məcəlləsində nəzərdə tutulub. 2015-ci ilin dekabrında lizinq fəaliyyətinin stimullaşdırılması və rəqabətqabiliyyətinin artırılması üçün Azərbaycanın Vergi Məcəlləsinə vacib dəyişikliklər edilib. Bu dəyişikliklərə uyğun olaraq 2016-cı il yanvarın 1-dən yerli lizinq şirkətləri lizinq obyektinin idxalı zamanı ƏDV-dən azad olunmuşdur.

Nəticədə bu gün Azərbaycanda 30-dan çox lizinq şirkəti rəsmən qeydiyyatdan keçib. 2015-ci il tarixinə olan vəziyyətə görə onların lizinq portfelinin ümumi həcmi 340 mln. manat təşkil edib ki, bu da 2003-cü ilə nisbətən 90 dəfəyə qədər çoxdur. Bu zaman yük və sərnişin avtonəqliyyatı, tikinti texnikası, tikinti materialları istehsalı və tibbi avadanlıqların lizinqi üzrə əqdlər üstünlük təşkil edir. Bir qayda olaraq, aparıcı lizinq şirkətlərinin təsisçiləri yerli banklarkommersiya qurumları, eləcə də xarici şirkətlərdir. Yerli lizinq şirkətlərinin maraqlarını bir tərəfdən lizinq sektoru, digər tərəfdən dövlət və başqa maliyyə profilli təşkilatları arasında bağlayıcı funksiyasını yerinə yetirən Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) təqdim edir.

Lakin Azərbaycanda lizinqin inkişafı üçün müəyyən zəmin olmasına baxmayaraq, kreditləşdirilmənin bu növü hələ də lazımi səviyyədə yayılmayıb və ölkənin maliyyə bazarının digər seqmentlərindən nəzərəçarpacaq dərəcədə geri qalır. Bank və sahibkarlıq fəaliyyəti təcrübəsinin təhlili göstərir ki, lizinqə müraciət epizodik xarakter daşıyır və iqtisadi cəhətdən mühüm bir əhəmiyyətə malik deyil. Qeydə alınmış bütün lizinq şirkətlərinin yarısından azı real fəaliyyət göstərir. Azərbaycanda ÜDM-də (0,55%) və əsas kapitala investisiyalarda (təxminən 1,9%) lizinqin payı müasir ölçülərə görə çox cüzidir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası tərəfindən aparılmış tədqiqata əsasən, ölkənin lizinq bazarının potensialı 2 milyard manat çərçivəsində qiymətləndirilir.

 

Lizinqin inkişafı perspektivləri

 

Lizinq bazarının inkişafına təkan verəcək əsas stimullar, eləcə də onun inkişafını məhdudlaşdıran məqamlar qanunvericilik sahəsində cəmlənmişdir. Bu, ölkə hökuməti və parlamenti tərəfindən lizinqin hüquqinormativ bazasının daimi monitorinqini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin lizinq fəaliyyətini tənzimləyən müddəalarında mövcud olan boşluqların təftiş edilməsi və ya lizinq haqqında ayrıça qanunun qəbul olunması tələb olunur. Məsələn, mövcud sənədlərdə lizinqin tərifi, onun əsas növləri (əməliyyat, maliyyə, geriyə lizinq kimis.), beynəlxalq lizinq haqqında normalar, lizinq sazişlərinin girovzaminlik təminatı, sığorta edilməsi və s. məsələlər öz əksini tapmamışdır. Bu da şübhəsiz, lizinq şirkətlərinin fəaliyyət sahəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır və ikili şərhlərə gətirib çıxarır. Həmin müddəaların məzmunluğunun genişləndirilməsi və təkmilləşdirilməsinə, onların qəbul olunmuş beynəlxalq normalara tam adekvatlığına nail olmağa imkan verərdi. Bu baxımdan ölkəmizin Beynəlxalq Maliyyə Lizinqi haqqında Ottava Konvensiyasına qoşulması milli lizinq bazarı üçün vacibdir. Çünki bu, Azərbaycanda lizinq əməliyyatları həyata keçirərkən xarici investorlara lazımi zəmanət vermək deməkdir.

1 yanvar 2006-cı il tarixinə qədər qüvvədə olan lizinq predmetinə sürətli amortizasiyanın tətbiqi üzrə güzəştlərin bərpa edilməsi məsələsi də xüsusi diqqətə layiqdir. Zaman göstərmişdir ki, onların ləğvi ölkənin iqtisadiyyatında fəaliyyət göstərən müəssisələrin, xüsusilə qeyri-neft sektorunun texnika parkının müasirləşdirilməsinə mənfi təsir etmişdir. Bununla əlaqədar olaraq, Azərbaycanın Vergi Məcəlləsində lizinq sövdələşmələri iştirakçılarının əsas amortizasiya norması üçün xüsusi sürətləndirmə əmsalının (3-dən yuxarı olmamalı) tətbiqi üzrə hüquqlarının nəzərdə tutulması məqsədəuyğun olardı. Bu, lizinq avadanlığına tələbatın stimullaşdırılmasına səbəb ola bilər. Eyni zamanda yerli müəssisələrin xarici avadanlıqlara yüksək tələbatını nəzərə alaraq, beynəlxalq lizinqin inkişafı üçün qüvvədə olan gömrük qanunvericiliyini də təkmilləşdirmək vacibdir.

Bununla yanaşı, növbəti məqama da nəzər yetirmək lazımdır. Banklardanbank olmayan kredit təşkilatlarından fərqli olaraq, lizinq şirkətləri indiyədək Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası yanında fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) qoşulmayıb (qanunvericiliyə əsasən, bu şirkətlərə yalnız özəl kredit bürolarının fəaliyyəti şamil edilir). Şübhəsiz ki, bu, lizinqalanlar tərəfindən ödənişlərin edilməməsi ilə bağlı risklərin qarşısının alınması imkanlarını azaldır. Buna görə də lizinq şirkətləri üçün Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil olma imkanını əldə etmək zəruridir. Fikrimizcə, bank sektorunda problemli kreditlərin artdığı bir şəraitdə belə məlumatların əldə edilməsi üçün MKR-ə qoşulma olduqca vacibdir.

Azərbaycanda lizinq şirkətlərinin sayının artması ilə onların ixtisaslaşması məsələsi aktuallıq kəsb edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdiyi indiki dövrdə buna daha böyük ehtiyac duyulur. Belə ki, yerli lizinq şirkətlərindən bu sektorun müxtəlif sahələrində həyata keçiriləcək ayrı-ayrı dövlət layihələrinə xidmətdə istifadə oluna bilər. Bu mənada, hazırda tərtib edilən milli iqtisadiyyatın və onun əsas sahələrinin Strateji Yol Xəritəsinə lizinq imkanlarının daxil edilməsi məqsəduyğundur. Məlumdur ki, sənəddə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru inkişafının prioritet istiqamətlərinə xüsusi diqqət yetiriləcək. Bununla əlaqədar lizinq qarşısında böyük perspektivlər açılır. Çünki bu parkların rezidentlərinin yüksək texnoloji avadanlıqları lizinq vasitəsi ilə formalaşdırıla və sonradan modernləşdirilə bilər. Bundan başqa, orada istehsal ediləcək məhsulların daxilixarici bazarlarda satılması da lizinqin köməyi ilə həyata keçirilə bilər. Ona görə də hazırlanan texno və aqroparkların inkişafı proqramlarında, onların təşkil olunmasında və fəaliyyətində lizinq biznesinin potensialını nəzərə almaq faydalı olar.

Azərbaycanda yeni yaradılan ABAD mərkəzinin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində də lizinq mühüm rol oynaya bilər. Məlumdur ki, bu mərkəzin əsas məqsədini sosialyönümlü layihələrin reallaşdırılması, məsələn, kiçikorta sahibkarlığın inkişafına dəstək, rəqabətə dözümlü ailə təsərrüfatlarının yaradılması təşkil edir. Fikrimizcə, bu işdə lizinq öz töhfəsini verə bilər.

Lizinq sektorunun gələcək inkişafı etibarlı statistik bazanın mövcudluğunu tələb edir. Hazırda belə mükəmməl iqtisadi informasiya mənbəyinin olmaması bu sahədə baş verən prosesləri hətta elementar səviyyədə təhlil etməyə imkan vermir. Sahədə dərin elmi araşdırmaların qıtlığı bir çox hallarda bununla izah olunur. Eyni zamanda hesab edirik ki, respublikanın bir sıra ali məktəblərində lizinq sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasının genişləndirilməsi zəruridir.

Sözsüz ki, lizinqlə bağlı olan və həllini gözləyən ən vacib məsələ və problemlərin spektri kifayət qədər genişdirbu məqalədə onların hər birindən ətraflı söz açmağa imkan yoxdur. Xüsusilə daşınmaz əmlakın lizinqi, innovativ lizinq, lizinq şirkətlərinin alternativ fondlaşdırılma mənbələri və digər məsələlər onların sırasındadır.

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının idarə heyətinin sədri,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2016.-22 oktyabr.- S.5.