Venesuela Azərbaycanla əməkdaşlığa böyük önəm verir

 

Rəsmi qarşılanma mərasimi

 

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun oktyabrın 22-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Venesuela Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Venesuela Prezidentinə raport verdi.

Venesuelanın Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev Prezident Nikolas Maduro fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Venesuela Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Nikolas Maduroya, Venesuela nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Azərbaycan Prezidenti

İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduro rəsmi foto çəkdirdilər.

 

 

Azərbaycan.- 2016.- 23 oktyabr.- S.1.