Məqsəd dayanıqlı inkişafa nail olmaqdır

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) 51 ölkə tərəfindən təşkilatın Nizamnaməsi qəbul edildiyi 24 oktyabr 1945-ci il tarixindən rəsmi olaraq fəaliyyət göstərir. Həmin vaxtdan etibarən bu tarix BMT Günü kimi hər il qeyd edilməkdədir. Bizim üçün BMT Günü həmçinin təşkilatın dəyəri, uğurları və demokratiyanın yayılmasındakı töhfələri, sülhinsan hüquqlarının təşviq edilməsi, qlobal aclıq və yoxsulluğa qarşı mübarizə, humanitar yardımın təmin edilməsi, ətraf mühitin qorunması və digər çoxsaylı nəcib missiyaların vurğulanması üçün gözəl məqamdır.

BMT öz Nizamnaməsi və İnsan Hüquqları üzrə Ümumi Bəyannamədə qeyd edilən qlobal prinsip və dəyərlərinin formalaşdırılması və yayılmasına nail olmuşdur. BMT onlarla bəyannamə və müqavilələr vasitəsilə insan hüquqlarını təşviq edirqoruyur.

Təşkilatın digər mühüm sahələrindən birisülhdür. BMT yaradıldığı andan bəşəriyyəti digər dünya müharibəsinin yaranması təhlükəsindən sovuşdurmuşbir çox ölkələrdə münaqişələrin həll edilməsinə yardım etmişdir. BMT təşkil edildiyi 60 ildən çox vaxt ərzində Nobel Sülh Mükafatı da daxil olmaqla təqdirəlayiq sülhməramlı uğurlara imza atmışdır. 1948-ci ildən bəri BMT onlarla ölkədə uğurlu sülhməramlı əməliyyatlar həyata keçirməklə münaqişələri həll etmiş və barışığa şərait yaratmışdır.

Humanitar yardıma gəlincə, Birləşmiş Millətlər Təşkilatı 75 ölkədə 80 milyondan çox insanı ərzaqla təmin edir. Peyvəndləmə həyata keçirmək və epidemiyaların qarşısını almaqla hər il 2 milyondan çox insanın həyatını xilas edir. 1951-ci ildən bəri BMT müharibə, təqib və aclıqdan qorunaraq sığınacaq axtaran 60 milyondan çox qaçqına yardım etmişdir.

İnkişaf sahəsində 2000-ci ildə qəbul edilmiş Minilliyin İnkişaf Məqsədləri (MİM) yoxsulluq və aclığa qarşı mübarizəni uğurla aparmış və dünyada çoxömürlülüyün yüksəlməsinə, daha yaxşı səhiyyə xidmətinə və artan savadlılığa nail olunmasına yardım etmişdir. Dünyada düzgün qidalanmayan insanların payı 23%-dən 12.9%-ə enməklə ifrat yoxsulluq dərəcəsi 47%-dən 14%-ə düşmüşdür. Ümumi orta təhsil göstəricilərində misilsiz yüksəlmə müşahidə olunmuşdur. Uşaq ölümü dərəcələri və ana ölümü nisbəti yarıya qədər enmişdir. 2013-cü ildə İİV-ə yeni yoluxanların sayında 2000-ci ilə nisbətdə 40% enmə müşahidə olunmuşdur. 2.6 milyard insan 1990-cı ildən bəri daha təmiz içməli su mənbələrinə çıxış əldə etmişdirbununla da qlobal olaraq əhalinin daha təmiz içməli su ehtiyatlarına çıxış nisbətinin yarıya qədər azaldılması hədəfinə hələ beş il öncədən - 2010-cu ildə nail olunmuşdur. 90% ölkələrin parlamentlərində artıq daha çox qadın təmsil olunmaqdadır. Bu uğurlara baxmayaraq, bizim işimiz bitməmişdir və ona görə də dünya liderləri daha inklüziv və dayanıqlı inkişafı dəstəkləmək üçün Minilliyin İnkişaf Məqsədlərinin uğurları üzərində formalaşan Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etmək üçün 2015-ci ilin sentyabrında BMT-nin Nyu York Qərargahında toplaşdılar. Xatırlatmaq lazımdır ki, Azərbaycan 193 BMT-yə üzv ölkələrlə birlikdə 2015-ci ilin senyabrında BMT Sammitində 2030 Gündəliyini qəbul etmişdir.

Qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 169 hədəflə daha böyük sahəni əhatə edirMİM-i geridə qoyaraq yoxsulluğun köklərinə qarşı həlli yolları axtarır və hər kəsə gərəkli olan inkişaf üçün universal ehtiyacları təmin edir. Yeni qlobal məqsədlər daha da genişlənməklə bərabərsizlik və sənayeləşməyə qarşı mübarizə aparır. Onlar iqtisadi artım, layiqli əmək, şəhər və insan məskənləri, okeanlar, ekosistemlər, enerji, iqlim dəyişikliyi, dayanıqlı istehlakistehsal, sülh və ədalət naminə iddialı şəkildə ünvanlanır. Qlobal Məqsədlər daha universaldır və MİM-in yalnız inkişaf etməkdə olan ölkələrə şamil edildiyi halda bütün ölkələrə tətbiq ediləndir. DİM ən güclü cəhəti onların tətbiqi yollarının olmasıdır, yəni  maliyyə resurslarının səfərbərliyinə, bacarıqların inkişafı və texnologiyaya, eləcə də məlumat və institutların mövcudluğuna fikir verməsidir.  Yeni məqsədlər dayanıqlı inkişafyoxsulluğun aradan qaldırılmasında iqlim dəyişikliyinə qarşı mübarizənin labüd olmasını tanıyır.

BMT Gününün qeyd olunması BMT sisteminin Azərbaycanın tərəqqisi və inkişafı üçün verdiyi töhfələri bir daha yada salmaq üçün imkan yaradır. İyirmi dörd il əvvəl martın 2-də Azərbaycan BMT-nin tam hüquqlu üzv ölkəsi kimi qəbul edilmişdir. Müstəqilliyinin ilk illərində Azərbaycanın ifrat çətinliklərlə üzləşdiyini və bunun nəticəsində qaçqın və məcburi köçkün böhranı ilə üzləşdiyini nəzərə alsaq, ölkənin uğurları təqdirəlayiqdir.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanda 1992-ci ilin noyabrında ölkədə BMT İnkişaf Proqramının açılması ilə fəaliyyətə başladı. Daha sonra BMT Qaçqınlar üzrə Ali Komissarlığı, YUNİSEF, Dünya Ərzaq Proqramı, Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə Ofis və BMT Əhali Fondu ölkədə öz fəaliyyətinə başladı. Hazırda Azərbaycandakı BMT ailəsi 18 rezidentqeyri-rezident BMT Agentliyindən ibarətdir.

BMT-nin ilk vaxtlarda əsas mandatı hökumətə Dağlıq Qarabağ və ətraf rayonlardakı münaqişə nəticəsində qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərməklə humanitar böhrana cavab olaraq yardım etmək idi. Sonralar BMT-nin rolu Azərbaycanın iqtisadi artımı və həyat səviyyəsinin yaxşılaşdırılması, səhiyyə sisteminin və təhsil, kənd təsərrüfatı, ətraf mühitin qorunması və s. sahələrin təkmilləşdirilməsi də daxil olmaqla bir sıra sahələrdə inkişaf yardımına qədər genişlənmişdir.

BMT digər beynəlxalq inkişaf tərəfdaşları ilə birlikdə Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinə  nail olması səylərini dəstəkləmişdir. Azərbaycanda son 13 ildə yoxsulluğun səviyyəsi 49%-dən 5 %-ə düşmüş, ümumi təhsildə qəbul göstəriciləri demək olar ki, 100%-ə kimi yüksəldilmiş, qadınların səlahiyyətlərinin artırılmasında uğurlar müşahidə edilmiş, hər 1000 nəfərə görə 5 yaşından aşağı olan körpə ölümlərinin say nisbəti 28-dən 12.8-ə enmiş, qadın ölümü halları əhəmiyyətli dərəcədə azalmış, yoluxucu xəstəliklərə qarşı mübarizə səyləri gücləndirilmişdir. Son on ildə Azərbaycanda uzunömürlülük 5.8 il artmışdır. Azərbaycan yoxsulluğa və aclığa qarşı mübarizədəki uğurlarına görə MİM sona çatması ilə bağlı Romada keçirilən təqdimat mərasimində Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xüsusi mükafatına layiq görülmüşdür. Azərbaycan dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan cəmi 18 ölkədən biridir.

Sosial-iqtisadi sahədə iddialı layihə və təşəbbüslərə hökumətin maliyyə dəstəyi nəticəsində Azərbaycan insan inkişafı cədvəlində öz yerini yüksəltdi. 2010-cu ildən 188 ölkə və ərazi içərisində 78-ci yeri tutmaqla Azərbaycan “yüksək insan inkişafı” kateqoriyasına daxil olmuşdur.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın inkişaf etməkdə olan ölkələrlə biliyinin, texniki bacarıqlarının və keçid dövrü ərzində əldə edilmiş təcrübəsinin bölüşməsi üçün  Cənub Cənub və Üçtərəfli Əməkdaşlığa cəlb edilməsini dəstəkləyir. ASAN, ANAMA, qaçqın və məcburi köçkünlərə dövlət dəstəyi təcrübələri region və digər çoxsaylı ölkələr üçün xüsusilə maraq kəsb etmiş olar.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) “İctimai Xidmətlərin Göstərilməsinin Təkmilləşdirilməsi” kateqoriyasında 18 ölkədən 22 institutlarla birgə 2015 BMT İctimai Xidmət Mükafatına layiq görülmüşdür. Bir çox BMT Agentlikləri ASAN-la daha yaxından əməkdaşlıq etməklə yaxşı idarəçilik və insan hüquqlarının təşviq edir.

Azərbaycan 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması yolunda misilsiz addımlar atır. Hökumət bu yaxınlarda qlobal məqsədlərin səmərəli tətbiqi öhdəliyi kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaratdı. 2016-2020-ci illəri əhatə edən yeni BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə sənədi ilə Azərbaycandakı BMT Sistemi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması niyyətində şuranı dəstəkləməyə hazırdır və Azərbaycan cəmiyyətində hər seqmentini özündə əks etdirəcək inklüziv prosesin yaradılmasına ümid edir.

Keçən il BMT-nin 70-ci ildönümü çərçivəsində Azərbaycan “Dünyanı BMT Rənginə Boya” adlı qlobal kampaniyaya qoşularaq hər kəsə daha yaxşı həyat öhdəliyini nümayiş etdirmək üçün Heydər Əliyev Mərkəzini BMT Mavi rənginə boyadı. Bu il BMT Günündə BMT-nin Azərbaycan Nümayəndəliyi Xarici İşlər Nazirliyi ilə birgə ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqində gənclərin rolu mövzusunda panel müzakirə təşkil edəcək.

Builki Birləşmiş Millətlər Təşkilatı Gününun qeyd edilməsi dünya və BMT, eləcə də Azərbaycan üçün keçid dövrü ərəfəsinə düşür. Biz Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin böyük vədini həyata keçirmək üzrə qlobal öhdəliklə dayanıqlılıq erasına qədəm qoymuşuq. Təşkilatın 71-ci ilində bizi sağlam planetdə hamı üçün daha yaxşı gələcəyə doğru aparan 17 məqsədimiz var.  BMT Gününü qeyd etməklə biz Nizamnaməmizdə əks edilənlərin həyata keçməsi naminə gərəkən və doğru olan hər şeyin edilməsi üçün təsir və bacarığımızı tam işlətməli və yeganə evimiz olan planetin qorunması üçün birlikdə çalışmalıyıq. Milliliklə beynəlmiləlçiliyin arasında sərhədlər itdikcə 71 illik dərs və təcrübəni istifadə etməklə vahid insan məfhumu kimi bir yerə gələ bilər və hər kəs üçün daha yaxşı və daha parlaq gələcək naminə qarşımıza məqsəd qoya bilərik.

 

Qulam İSHAQZAİ,

BMT-nin Azərbaycandakı  rezident əlaqələndiricisi,

BMT İnkişaf Proqramının  pezident nümayəndəsi

 

Azərbaycan.- 2016.- 23 oktyabr.- S. 6.