İlham Əliyev: “Ölkələrimiz bir sıra sahələrdə çox yaxın tərəfdaşlıq əlaqələri qurublar

 

Kolinda Qrabar-Kitaroviç: “İki ölkə arasında strateji tərəfdaşlıq və dostluqla bağlı atılmalı olan konkret addımlar var

 

Oktyabrın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Xanım Prezident.

Əziz qonaqlar.

Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə şadıq. Xorvatiya Prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bizim bir qədər əvvəl ikitərəfli, regional təhlükəsizliklə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyümüz kimi, mövqelərimiz üst-üstə düşür. Biz ikitərəfli əməkdaşlığı inkişaf etdirmək istəyirik. İndi bunun üçün yaxşı imkan var. Bizim müxtəlif sahələrdə yaxın siyasi əlaqələrimiz var. Xanım Prezidentin səfəri bunu bir daha nümayiş etdirir. Sabah biznes dairələrinin çox maraqlı toplantısı keçiriləcək. Biz ticarət mübadiləsinin səviyyəsini investisiyaları necə artıra biləcəyimizə digər imkanlara nəzər salmalıyıq.

Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq olduqca böyük əhəmiyyət kəsb edir. Biz cədvəl üzrə icra edilməkdə olanCənubQaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Əlbəttə ki, Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı var biz bu istiqamətdə bütün digər sahələrdə daha çox irəliləyiş görmək istəyirik.

Düşünürəm ki, ölkələrimiz bir sıra sahələrdə çox yaxın tərəfdaşlıq əlaqələri qurublar. Biz xüsusilə ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahələrində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki qeyd etdiyim kimi, siyasi əlaqələr çox yaxşıdır Sizin səfərinizdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək dostluq əlaqələrimizin inkişafında daha bir mühüm addım olacaq.

Xanım Prezident, bir daha xoş gəlmisiniz.

 

X X X

 

Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-KİTAROVİÇ dedi:

- Təşəkkür edirəm, cənab Prezident. Bu səhər burada olmaqdan çox məmnunuq. Çox səmimi qarşılanmaya görə təşəkkür edirəm.

Bizim artıq ötən gecə Bakıda Azərbaycanın digər yerlərində yaşayan Xorvatiya icmasının üzvləri ilə görüşmək imkanımız oldu. Mən şadam ki, milli futbol komandanızın baş məşqçisi Prosineçki ilə yanaşı, xüsusilə iqtisadi sektorda, əczaçılıq, həmçinin nəqliyyat, mühəndislik digər sahələrdə çalışan bir çox başqa insanlar var.

Sizin 2013-cü ildə Zaqrebə səfərinizdən bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkan var.

Cənab Prezident, qeyd etdiyiniz kimi, bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusilə iqtisadiyyat, mübadilə, investisiya ticarət sahələrində əməkdaşlığımızı, həmçinin xalqlar arasında, mədəniyyət, təhsil, müdafiə təhlükəsizlik sahələrində əlaqələri bizim hamımıza təsir edən regional qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı, əlaqələndirməni məsləhətləşmələri dərinləşdirmək genişləndirmək üçün çoxlu imkanlar var. İki ölkə arasında strateji tərəfdaşlıq dostluqla bağlı Zaqreb Bəyannaməsinin imzalanmasından sonra, düşünürəm ki, hökumətlərarası komissiyanın görüşüb hərtərəfli əməkdaşlığa, daha çox irəliləyişə nail olmağın təfərrüatları ilə bağlı müzakirələr aparması baxımından atılmalı olan konkret addımlar var.

 

X X X

 

Görüşdə iqtisadi, yüksək texnologiyalar, ticarət dövriyyəsinin genişləndirilməsi, gəmiqayırma, nəqliyyat, enerji, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm, əczaçılıq sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Xorvatiya Prezidentinə məlumat verdi.

Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü suverenliyini dəstəklədiyini bir daha ifadə etdi.

Söhbət zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd olundu.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 25 oktyabr.- S.2.