Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün nümunədir

 

Həyata keçirilən islahatlar qeyri-neft sektorunun inkişafına və qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə edilməsinə yol açır

 

Müstəqilliyinin 25-ci ilini yaşayan respublikamız üçün son illər xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi indiki həssas dönəmdə dünya birliyində özünün layiqli yerini qoruyub saxlamasıdır. Bunun da əsas səbəbləri Azərbaycanın yerləşdiyi bölgənin lideri statusunu getdikcə gücləndirməsi, söz sahibi olması, Avropanın enerji xəritəsinə etdiyi korrektələr və bu sahədə öz diktəsini etməsi, ən əsası, hər sahə üzrə müstəqil siyasət həyata keçirməsidir.

Uğurları qlobal miqyasda qəbul edilməyən ölkə beynəlxalq aləmdə nüfuz sahibinə çevrilə bilməz, yüksək imicə malik olmaz. Çox uzağa getmədən elə postsovet məkanından bu barədə kifayət qədər fakt göstərmək olar. Bu mənada artıq kosmos dövlətinə çevrilən, bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasına seçilməklə iki il dünyanın ən ali təşkilatında uğurlu fəaliyyət göstərən, yerləşdiyi bölgənin imkanlarından, malik olduğu karbohidrogen resurslarından səmərəli istifadə etməklə uğurlarını ildən-ilə sürətlə artıran Azərbaycan həqiqətən inkişaf fenomeninə çevrilib. Xüsusilə qeyd etməliyik ki, dünyada qlobal maliyyə böhranının getdikcə dərinləşməsi ilə müşayiət olunan son illərdə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə uğurlar və yeniliklər əldə edilib. Bu mənada inkişafın Azərbaycan modeli dünyanın əksər ölkələri üçün nümunə sayıla bilər.

Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi 2016-cı ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Hazırda dünyada gedən siyasiiqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Odur ki, Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələdə qarşıda duran əsas vəzifələri iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişafını, ixrac və rəqabət imkanlarını genişləndirməkdir. Ona görə hələ ötən ilin sonlarından başlayaraq ÜDM-in azalmasının qarşısının alınmasına xidmət edəcək antiböhran xarakterli xüsusi tədbirlərin, ən əsası gələcək neqativ ssenarilərə qarşı qoruyucu və qabaqlayıcı mexanizmlərin həyata keçirilməsinə start verildi. Bu istiqamətdə əsas vəzifələr iqtisadiyyatı şaxələndirmək, investisiya qoyuluşunu sürətləndirmək, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq və beləliklə, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaqonun ixrac imkanlarını genişləndirməkdir.

Bütün bunlara nail olunması, dünya iqtisadiyyatında baş verən proseslərə qarşı ölkə iqtisadiyyatının dayanıqlığının daha da möhkəmləndirilməsi üçün Prezident İlham Əliyevin islahatlar siyasəti çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqiqeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində bu il ərzində əhəmiyyətli qərarlar qəbul edilib. Yeni iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən bu iqtisadi islahatlar beynəlxalq maliyyə institutları - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də yüksək qiymətləndirilib və Azərbaycanın mövcud iqtisadi şəraitdə atdığı addımlar dəstəklənir.

Bu sırada atılan addımlardan biriQeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli fərmanıdır. Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Bunun nəticəsidir ki, son illər ərzində uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir.

Bu fərmana əsasən isə 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunanistehsal prosesində istifadə olunan yerli komponentlərin və respublikamızın ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək. Təşviqin baza məbləği faktiki ixrac olunmuş malın gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. Bu fərman 2020-ci il dekabrın 31-dək qüvvədədir.

Bu ilin mart ayında Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib. Müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədilə işçi qrupu yaradılıb.

Təbii ki, islahatlarla bağlı atılan addımlar bununla bitmir. Çünki il ərzində ölkə iqtisadiyyatının dayanıqlığının daha da möhkəmləndirilməsi üçün Prezident İlham Əliyevin islahatlar siyasəti çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul edilib. Bütün bunlar göstərir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlayır. Son nəticədə bütün bunlar qeyri-neft sektorunun inkişafına və qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə edilməsinə yol açır.

Prezident İlham Əliyevin ölkəmizin qərb rayonlarına səfəri artıq yeni islahatların uğurlu nəticələr verdiyini təsdiq edir. Səfər zamanı Prezident İlham Əliyev ölkəmizin inkişaf yolunda olduğunu bəyan edərək dedi: “Bizim gələcək üçün planlarımız çox böyükdür. Bu gün Azərbaycan reallıqları, sizin yaratdığınız bu gözəl müəssisələr onu göstərir ki, biz düzgün yoldayıq, inkişaf yolundayıq. Kənd təsərrüfatının inkişafı sürətlə gedəcək. Bu il artım 2,4 faizdir. Sənaye istehsalı bu il artıb, düzdür, az artıb, amma artıb. Belə müəssisələrin hesabına daha da artacaqbiz dünyaya öz məhsulumuzla geniş şəkildə çıxacağıq, ölkəmizə valyuta gələcək, insanlar işlə təmin olunacaqlar”.

Azərbaycan iqtisadiyyatı dünyada müşahidə olunan ağır problemlərin öhdəsindən daim layiqincə gəlib. Ona görə Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün praktik nümunədir. Belə ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 6.