Rəssamın əsərləri beynəlxalq sərgidə nümayiş etdirilir

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Rəssamlar İttifaqının üzvü Azər Əliyevin əsərləri Luvr muzeyinin Karusel salonunda 19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində nümayiş etdirilir.

Azər Əliyev 40-dan çox beynəlxalq və milli səviyyəli sərgidə iştirak edib. OnunArt Shopping” sərgisində nümayiş olunan əsərlərində təbiət mənzərələrinə daha çox üstünlük verilib. Rəssamın əsərləri bədii təsir qüvvəsinə malikdir. O, bu əsərlərdə uğurlu kompozisiya həllinə nail olub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 7.