F.Q.Xəlilovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan rəssamlıq məktəbinin inkişafında xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilov “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 26 oktyabr.- S.1.