Səfəri başa çatıb

 

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 25-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

 

Azərbaycan.- 2016.- 26 oktyabr.- S.3.