Azərbaycan dünyada ilk beş dövlətdən biridir

 

Dünya Bankının “Doing Business 2017” hesabatında respublikamızın biznes mühiti yüksək qiymətləndirilir

 

Azərbaycanda son 13 ildə əldə olunmuş iqtisadi nailiyyətlərin əsasında müasir çağırışlara cavab verməklə həyata keçirilən islahatlar, Prezident İlham Əliyevin düşünülmüş, gələcəyə hesablanmış, xalqın və dövlətin milli maraqlarına xidmət edən məqsədyönlü və praqmatik siyasəti dayanır. Bu siyasətin nəticəsi olaraq respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz nəticələrini göstərib.

 

Dünyada qəbul olunan innovativ novator inkişaf

 

Yeni neft strategiyasının öz bəhrəsini verdiyi dövrdə geridə qoyduğumuz hər bir il ölkəmizin davamlı yüksəlişi, dinamik kompleks tərəqqisi kimi əlamətdar olub. Ötən hər bir ildə milli iqtisadiyyatımızın rəqabət qabiliyyəti artaraq respublikamızın ixrac potensialının möhkəmlənməsinə müsbət təsir edib. İqtisadiyyatda baş verən bu keyfiyyət dəyişiklikləri paralel şəkildə cəmiyyət həyatının digər sahələrinin inkişafı, xüsusən əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması ilə müşayiət olunub. Xüsusilə qeyd etməliyik ki, respublikamız 2008-2009-cu illərdə bütün bəşəriyyəti əhatə edən iqtisadi kataklizmlərlə müşayiət olunan proseslərə, o cümlədən qloballaşmanın təsirindən irəli gələn müəyyən mənfi fəsadlara baxmayaraq, iqtisadi, sosial digər sahədə böyük nailiyyətlər əldə edib, regionun liderinə, beynəlxalq aləmdə mövqeyini, imicini, reytinqini ildən-ilə möhkəmləndirən dövlətə çevrilib.

Ölkəmizin inkişaf prosesinin kompleks xarakter daşıması, ən müxtəlif sferaları özündə ehtiva etməsi, innovativ novatorçu xarakter daşıması artıq beynəlxalq miqyasda təqdir olunub. Elə bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu iqtisadi institutlarının araşdırmalarında, hesabatlarında Azərbaycana böyük diqqət yetirilib, ölkəmizlə bağlı göstəricilər mütəmadi olaraq müsbətə doğru dəyişib. Dünya İqtisadi Forumu, Dünya Bankı digər mötəbər ünvanların hər il hazırladıqları hesabatlar bunu təsdiqləyən mühüm sənədlər kimi çıxış ediblər.

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Ona görə qlobal səviyyədə yaşanan hansısa prosesin Azərbaycana da təsiri təbii başadüşüləndir. Xüsusən son iki ildə dünya bazarında neftin qiymətinin aşağı düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyib. Belə ki, bunun nəticəsində bir sıra layihələr ixtisara salınıb, ümumi daxili məhsulda azalma baş verib. Bütün bunları nəzərə alan Azərbaycan dövləti artıq ötən ilin sonlarından başlayaraq yeni iqtisadi islahatlara start verib. Dünyada mürəkkəb siyasi iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi strategiyası çərçivəsində qeyri-neft sektorunun inkişafına yönəlmiş sistemli tədbirlər, aparılan islahatlar ölkənin dayanıqlı inkişafı, ötən illərdə əldə olunmuş uğurların davam etdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

 

Sahibkarlığın inkişafı yeni iqtisadi siyasətin prioritetlərindəndir

 

Azərbaycanın iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin təmin olunmasıdır. Odur ki, Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli kompleks tədbirlər həyata keçirilir. Ötən illərdə biznes investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin şəbəkəsinin genişləndirilməsi öz bəhrəsini verib. İnvestisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə risklərin bölüşdürülməsi, sənaye parkları məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların, sərgilərin təşkili digər tədbirlər sayəsində ölkəmizdə güclü sahibkarlar ordusu formalaşıb, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.

Ölkəmizdə elan olunan yeni iqtisadi siyasətin prioritetlərindən biri biznes mühitinin inkişafı, iqtisadiyyata sərmayə qoyuluşunun stimullaşdırılmasıdır. Çünki məhz bu qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın ixrac imkanlarının artırılmasında xüsusilə mühüm əhəmiyyət kəsb edən faktordur. Odur ki, ilin əvvəlindən həyata keçirilən islahatlarda biznes mühitinin inkişafı ilə bağlı məqamlar da öz əksini tapıb. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib. Atılmış addımlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, biznes investisiya mühitinin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Təkcə lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi nəticəsində lisenziya tələb olunan fəaliyyət növlərinin sayı, o cümlədən lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği azaldılıb.

Bundan başqa, müvafiq qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunub. Eyni zamanda sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin hüquqi şəxslərin mənfəətinin 50 faizinə görə vergidən, həmçinin əmlak torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların qurğuların idxalına görə ƏDV-dən azaddır.

İslahatların bir istiqamətini neqativ hallara qarşı mübarizənin gücləndirilməsi təşkil edir. Azərbaycan Prezidenti yanında Apelyasiya Şurasının yaradılması bu məqsədə xidmət edən addımlardan biridir. Apelyasiya Şurasının yaradılmasında məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki hüquqi şəxslərin müraciətlərinə baxılmasının təmin edilməsi, mərkəzi yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsidir.

 

Üç daha çox islahat aparan 29 ölkədən biri

 

Azərbaycanda il ərzində aparılan iqtisadi islahatlar dünyadakı inkişaf proseslərini yaxından izləyən təşkilatların diqqətindən yayınmır. Bunu Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatı da təsdiq edir. Öncə qeyd edək ki, Azərbaycanla Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Belə ki, bu mötəbər qurumla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təsərrüfatı s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Dünya Bankı ilə birgə bir sıra layihələr, o cümlədənBərk məişət tullantılarının vahid idarəçiliyilayihəsi ölkəmizdə uğurla icra olunub, “Abşeron göllərinin bərpasılayihəsinə hazırlıq üzrə Dünya Bankı yerli mütəxəssislərlə birgə aparılır. Ümumilikdə Dünya Bankı ilə birgə 40 layihə icra olunub, 11 layihə üzrə işlər davam etdirilir.

Əlbəttə, bank Azərbaycanla əməkdaşlığında ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü, islahatların məhz inkişafa xidmət etdiyini nəzərə alır. 190 ölkədə biznes mühitinin qiymətləndirilməsi əsasında hazırlanan “Doing Business 2017” hesabatda Dünya Bankı ölkəmizdə həyata keçirilən islahatları və əldə olunan nəticələri obyektiv qiymətləndirir. Hesabata əsasən, Azərbaycan dünyada üçdaha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxalixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, “Doing Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi dəyərləndirilib.

Bundan başqa, “Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.

İqtisadi sahədə yüksək göstəriciləri şərtləndirən amillərdən başlıcası aparılan mütərəqqi islahatlar və onların nəticələridır. “Doing Business 2017” hesabatı bir daha göstərir ki, Azərbaycan inkişaf yolundadır və həyata keçirilən islahatlar öz nəticəsini verir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 27 oktyabr.- S. 1, 2.