Azərbaycanda tarixən formalaşan multikulturaltolerant dəyərlər yüksək səviyyədə qorunur

 

Oktyabrın 26-da Beyləqan rayon Mədəniyyət Mərkəzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda dini icmaların rəhbərləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Konfrans DQİDK-nin sifarişi ilə çəkilən, dini ekstremizmradikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbiri açaraq, konfransın əhəmiyyətini vurğulayıb, ölkəmizdə tarixən hökm sürən multikultural mühitin bu gündavam etdiyini, müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin Azərbaycandakı dini tolerantlıq, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqindən ibarət olduğunu deyib.

Komitə sədri xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərdən və onun qorunmasından, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasından bəhs edib, Azərbaycanda hökm sürən multikulturaltolerant mühitin əsasında azərbaycançılıq ideologiyasının dayandığını bildirib.

Müstəqilliyimizi bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan komitə sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və referendumla qəbul olunmuş Konstitusiyamızda vicdan azadlığı təsbit edilib. Dövlət-din münasibətlərini tənzimləyən qanun qəbul olunub. Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti müəyyənləşib. Əgər sovetlər dönəmində Azərbaycanda 17 məscid var idisə, hazırda 2 mindən çox ibadət məkanı fəaliyyət göstərir.

M.Qurbanlı qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır. Lakin dövlət dinə hərtərəfli dəstək göstərir. Dini icmalara dövlət tərəfindən yardımlar edilir. Eyni zamanda ölkəmizdə dinin siyasiləşməsi, dindən siyasi məqsəd üçün istifadə edilməsi qadağandır.

Komitə sədri diqqəti son dövrlər dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasına çəkərək, dini radikalizmekstremizmin fəsadlarından, bu kimi halların qarşısının alınması yollarından bəhs edib. Bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir.

Milli Məclisin deputatı Şahin İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin qazisi hacı Ramazan Hüseynov konfransda çıxış edərək, ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu, müxtəlif dinlərin, məzhəblərin, xalqların fikir ayrılığı olmadan, dinc, qardaşlıq şəraitində yaşadığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda tarixən formalaşan multikulturaltolerant dəyərlər yüksək səviyyədə qorunur.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 27 oktyabr.- S. 2.