Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafı məsələsi müzakirə edilib

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 26-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov həmsöhbətə münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2016.- 27 oktyabr.- S.2.