Qarşılıqlı inamaetimada əsaslanan əməkdaşlıq

 

Xorvatiya Azərbaycanla bütün sahələrdə əlaqələrin genişləndirilməsinə böyük önəm verir

 

Azərbaycanın Avropa məkanında əməkdaşlıq əlaqələrinin inkişafına önəm verdiyi ölkələrdən biriXorvatiya Respublikasıdır. Yerləşdiyi coğrafi arealda mühüm əhəmiyyət kəsb edən Xorvatiya ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir.

Rəsmi Bakının Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində bu ölkənin dəstəyinə xüsusi önəm verməsi bir sıra mühüm tarixigeosiyasi gerçəkliklərlə şərtlənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün real imkanlar yaranmışdır. Ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Xorvatiyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Xorvatiya Azərbaycanın dövlət müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımış və 26 yanvar 1995-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur.

Xorvatiya Respublikası əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, ölkəmizin avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Rəsmi Zaqreb Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın, bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətində olduğunu bildirib. Azərbaycan tərəfindən irəli sürülən, xüsusilə TANAP layihəsi və onun uğurlu icrası Azərbaycan qazının Avropa məkanına çatdırılmasına zəmin yaradacaq. Xorvatiya Respublikası da bu istiqamətdə Azərbaycanın yaxın tərəfdaşı olacaq. Xorvatiya gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. İki ölkə arasında strateji tərəfdaşlıq və dostluqla bağlı Zaqreb Bəyannaməsinin imzalanması da əməkdaşlığımızın yüksək səviyyəyə çatmasından xəbər verir. Azərbaycan və Xorvatiyanın dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləyir.

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin bu günlərdə Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha bəyan etdi. Ölkə rəhbərlərinin görüşündə Azərbaycan və Xorvatiya münasibətlərinin siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi və əlaqələrin bundan sonra daha da genişlənəcəyi vurğulanmışdır. Xüsusilə energetika, nəqliyyat, investisiyaların qoyuluşu sahəsində əməkdaşlıq üçün çox gözəl perspektivlər olduğu qeyd olunmuşdur. Görüşdə həmçinin yüksək texnologiyalar, ticarət dövriyyəsinin genişləndirilməsi, gəmiqayırma, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm, əczaçılıq sahələrində əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılmışdır. Bu səfərin əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından önəmi vurğulanmış, beynəlxalq və regional məsələlər də müzakirə predmeti olmuşdur.

Prezident İlham Əliyev bu ilin əvvəlində Londonda keçirilən “Suriyayaregiona dəstək” konfransı çərçivəsində Prezident Kolinda Qrabar-Kitaroviç ilə görüşünüXorvatiyaya səfərlərini xatırladaraq ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. Dövlət başçısı ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini belə xarakterizə edib: “İlin əvvəlində Londonda keçirilən konfrans zamanı bizim ikitərəfli məsələləri müzakirə etmək imkanımız oldu. Bu gün biz qarşılıqlı maraq kəsb edən mühüm ikitərəfli, regional, təhlükəsizlik, əməkdaşlıq, ticarətlə bağlı məsələlər barədə geniş müzakirələr apardıq. Düşünürəm ki, bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Əməkdaşlığımız üçün möhkəm hüquqi baza var. Üç il bundan əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz strateji tərəfdaşlıq və dostluq barədə bəyannamə imzaladıq. Bu, əsas sənəddir və bu sənədin adı onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaş və dostlarıq.

Xorvatiya bizim üçün uzun illərdir əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq barədə bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Xanım Prezidentin bugünkü səfəri bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir”.

Rəsmi Zaqreb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur. Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ölkəsinin mövqeyini bir daha nümayiş etdirdi: “Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, bu münaqişə sülhsiyasi yolla həll olunmalıdır. Biz Minsk qrupu prosesini tamamilə dəstəkləyirik. Həmçinin Avropa İttifaqı ilə münasibətlərinizə gəlincə, Strateji Tərəfdaşlıq Razılaşmasının imzalanması və həyata keçirilməsi üçün Xorvatiyanın simasında Sizə hər zaman dəstək olacaq dostunuz var. Düşünürəm ki, təhlükəsizliklə bağlı yeni çağırışların artdığı və eyni zamanda iqtisadi, enerji və digər sahələrdə, o cümlədən mədəniyyət, mədəni irs, millətlər və dinlər arasında anlaşma üzrə əməkdaşlıq fürsətlərinin üzə çıxdığı bir vaxtdabu mənada qlobal təhlükəsizlik üçün perspektivləri münasib səviyyədə saxlamaq məqsədilə həmin razılaşmanın əhəmiyyəti daha da artacaq”.

Xorvatiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Xorvatiya Biznes Forumu da keçirildi. Biznes forumunda Azərbaycan və Xorvatiya tərəfindən rəsmi şəxslərlə yanaşı, gəmiqayırma, nəqliyyat, maşınqayırma, qida sənayesi, kimya, tekstil, əczaçılıq, tikinti, energetika, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, turizm, daşınmaz əmlak, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox adamı iştirak edib.

Biznes forumunda Azərbaycanın biznesinvestisiya imkanları xorvat adamlarına təqdim edilib, həmçinin Xorvatiyanın biznes mühiti adamları arasında əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair məlumat verilib, adamları qarşılıqlı fəal əməkdaşlığa dəvət olunub. Tədbirdə Azərbaycan və xorvat adamları arasında ikitərəfli görüşlər keçirilib, energetika, tikinti, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə əməkdaşlıq, eləcə də yerli istehsalda istifadə olunan müxtəlif xarici komponentlərin ölkəmizdə istehsalına dair Xorvatiya ilə birgə müəssisələrin yaradılması, gəmiqayırma sahəsində bir sıra ehtiyat hissələrinin birgə istehsalına dair müzakirələr aparılıb. Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı üçün əlverişli şəraitin olduğu diqqətə çatdırılıb və Xorvatiya adamları bu sahədə fəaliyyət göstərməyə dəvət edilib.

Azərbaycanda müxtəlif sahələr üzrə ixtisaslaşan sənaye parklarının yaradıldığı qeyd olunubxorvat adamlarının burada investorlar üçün yaradılmış əlverişli imkanlardan istifadə etmələri üçün hər cür şəraitin olduğu diqqətə çatdırılıb. Biznes forumunda adamları arasında əsas müzakirə mövzularından biri ticarət əlaqələrinin genişləndirilməsi olub. Azərbaycanın kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə şirələrinin, kimya sənayesi məhsullarının Xorvatiyaya ixracı, Xorvatiyadan gübrə idxalı məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Xorvatiya arasında mövcud münasibətlərin səviyyəsi deməyə əsas verir ki, Azərbaycan avrostrukturlara inteqrasiya prosesində rəsmi Zaqrebin hərtərəfli dəstəyinə ümid edə bilər. Xorvatiya isə Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səyini daha da artırmaq niyyətindədir. Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Xorvatiya-Azərbaycan əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inametimad çalarları güclənmişdir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 27 oktyabr.- S. 4.