İnsan orqanlarının transplantasiyası və dərman vasitələrinin KİV-də reklamı məhdudlaşdırılır

 

İnsan orqan toxumalarının transplantasiyası, eləcə dərman vasitələri ilə bağlı reklamlar tibb sahəsində ixtisaslaşmış mətbu nəşrlərdə, eyni zamanda tibb işçiləri əczaçılar üçün keçirilən tədbirlərdə reklam oluna bilər”. Bu müddəa Milli Məclisin Səhiyyə komitəsinin dünən keçirilən iclasındaİnsan orqan ( ya) toxumalarının transplantasiyası haqqındaDərman vasitələri haqqındaqanunlara dəyişikliklərin müzakirəsi zamanı səsləndirilib.

Komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, “Dərman vasitələri haqqındaqanuna əlavə edilməsi təklif olunan 16-1.4 maddəsinə əsasən həkim resepti olmadan buraxılan dərman vasitələrinin, tibbi təyinatlı texnikanın, müalicə, profilaktika, diaqnostika reabilitasiya metodlarının reklamvericisi reklam istehsalçısına reklam yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumu ya akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatların, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətlərini təqdim etmək lazımdır. Həmçinin dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli ya ödənişsiz xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır.

İnsan orqan ( ya) toxumalarının transplantasiyası haqqındaqanun layihəsinə təklif olunan dəyişikliyə gəldikdə isə, qeyd edildi ki, insan orqan toxumalarının transplantasiyası, eləcə dərman vasitələri ilə bağlı reklamlar tibb sahəsində ixtisaslaşmış mətbu nəşrlərdə, eyni zamanda tibb işçiləri əczaçılar üçün keçirilən tədbirlərdə reklam oluna bilər.

Qeyd edək ki, hər iki qanun layihəsinə təklif olunan əlavələrReklam haqqında” 2015-ci il 15 may tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.

SonraPsixoloji yardım haqqındaqanun layihəsi təqdim edildi. Birinci oxunuşda müzakirəyə çıxarılan layihə 7 fəsil 23 maddədən ibarətdir. Qanun layihəsində psixoloji yardımla bağlı qaydalar, tələblər, şərtlər bundan irəli gələn məsuliyyət növləri göstərilir. Sənəddə qeyd olunur ki, psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan vətəndaş hüquq azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.

Qanun layihəsi birinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2016.- 27 oktyabr.- S. 4.