Azərbaycanda kulturologiya elminin yaradıcısı

 

Hər bir elmin seçilən, yaddaqalan, onun müəyyən sahəsinə möhürünü vuran alimləri daim xatırlanır. Bu mənadaKulturologiyaelmindən danışanda ən əvvəl göz önünə professor Fuad Məmmədov gəlir. Görkəmli alim respublikanın elmi ictimaiyyətinə, mədəni həyatına yaxşı tanışdır. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da F.Məmmədovun əsərləri, kulturologiya elmi sahəsindəki xidmətləri yüksək səviyyədə qiymətləndirilir. Respublikada kulturologiya elminin patriarxı sayılan Fuad müəllim bu elmin dəyərini vacibliyini həm xalqına çatdırır, həm işgüzarlığı, elmə gətirdiyi yeniliklər ilə özü ucalır.

Fuad Məmmədov gənc yaşlarından elmin enişli-yoxuşlu yollarından keçmişdir. Alimi tanıyanlar yaxşı bilirlər ki, o, kulturologiyanı ölkəmizdə qəbul etdirənə qədər qədər sipərləri dəf etməli olmuşdur. 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin vaxta qədər o, 60-a yaxın tədqiqatın müəllifi olmuşdur ki, həmin tədqiqat işləri bugünə kimi yerli xarici alimlərdə böyük maraq doğurmuşdur.

Professorun əmək fəaliyyətinin böyük bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olmuşdur. Belə ki, o, bu sistemdə müxtəlif vaxtlarda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. Hələ sovet dönəmində Azərbaycan elminin tarixinə həsr olunmuş 60-dan artıq ekspozisiya sərgisi təşkil edilmişdir ki, bunun da sayəsində Azərbaycan alimləri SSRİ Xalq Təsərrüfatı sərgisinin bir sıra xarici ölkələrin 200-dən artıq medal diplomlarını almışdır. Gənc alimin bacarığına güvənərək ona elm-tarixi muzeyinin, elm-tarixi nəzəriyyəsi mərkəzinin layihələrinin hazırlanması həvalə edilmişdir. Akademiya sistemində çalışdığı müddətdə ictimai əsaslarla Fuad Məmmədov AMEA-nın sərgi işləri üzrə Elmi Şurasının katibi vəzifəsini uğurla yerinə yetirmişdir. Görkəmli alim 1974-1990-cı illərdə Azərbaycan Tarix MuzeyininBilikCəmiyyətinin sədri, Elmlər AkademiyasınınBilikCəmiyyətinin sədr müavini, “Azərbaycanın ən yeni tarixiproblemi üzrə Elmi Şuranın üzvü seçilmişdir.

Ötən əsrin 70-80-ci illərində F.Məmmədov elmi-təşkilati ictimai fəaliyyətinə görə SSRİ XTS-nin gümüş, bürünc medallarına, diplomuna, respublika SSRİ-ninBilikCəmiyyətinin döş nişanına layiq görülmüş, Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının ÜİLKGİ MK-nın fəxri fərmanları ilə mükafatlandırılmışdır.

1989-cu ildən Fuad Məmmədov tədqiqatlarını Azərbaycanda kulturologiya sahəsinə yönəltmişdir. İndiyədək bu elmin ilk pioneri kimi respublikada yaddaqalan işlər görür. O, dünya mədəniyyəti sivilizasiyasının tarixi nəzəriyyəsi sahəsində cəsarətli innovativ tədqiqatlar aparır dəyərli elmi nəticələr əldə edir. Azərbaycan elmində bu, yeni istiqamət demək idi.

Özünün yorulmaz ümumi amallara xidmət edən uğurlu fəaliyyəti ilə ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, o cümlədən cəmiyyətin inkişafına layiqli töhfələr verən professor Fuad Məmmədov indiyə qədər 200-dən artıq elmi əsərin, habelə 11 kitabın müəllifi tərtibçisidir. Bu baxımdan onun dünya miqyasında böyük rezonans yaradanKulturologiya” (Bakı, 2002), “Kulturologiya effektiv həyat fəaliyyətinə aparan yol kimi” (Bakı, 2006) İdarəetmə mədəniyyəti, xarici ölkələrin təcrübəsi” (Bakı, 2009) fundamental monoqrafiyalarını xüsusilə qeyd etmək lazımdır. Adıçəkilən son monoqrafiyanın əsasında alimin özü tərəfindən hazırlanmış ilk innovativ kurs - “İdarəçilik mədəniyyəti” 10 ilə yaxındır Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında uğurla tədris olunur.

Professor Fuad Məmmədovun bir qayda olaraq fundamental elmi əsərləri Azərbaycan hüdudlarından kənarda da görkəmli alim, mütəxəssis diplomatlar tərəfindən yüksək qiymətləndirilir, mühazirələri elmi araşdırmaları həmişə diqqəti cəlb edir. Məhz buna görə onun əsərləri Rusiya, ABŞ, Almaniya, Birləşmiş Krallıq, Çin, Avstriya, Fransa, Macarıstan, Estoniya dünyanın bir sıra qabaqcıl ölkələrinin dövlət kitabxanalarında, eyni zamanda Avropa Şurası, BMT, UNESCO, Roma Klubu, Amerika Konqresi kimi nüfuzlu qurumların kitabxanalarında saxlanılır onlara mühüm mənbə kimi tez-tez istinad edilir. Azərbaycanın milli maraqlarını daim ön planda saxlayan professor Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Rumıniya, Macarıstan başqa ölkələrdə beynəlxalq konfranslarda, simpoziumlarda, müxtəlif cəmiyyətlərdə səfirliklərdə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Onun adı 2000-ci ildə Avropa Şurasının Mədəniyyət Siyasəti üzrə Ekspert Şurasının siyahısına daxil edilmişdir.

Professor Fuad Məmmədov həm görkəmli pedaqoqdur. 1999-cu ildən bugünə kimi Fuad müəllim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru vəzifəsində çalışır. O, Dövlət İdarəçilik Akademiyasının Bakı Rəssamlıq Akademiyasının Dissertasiya Müdafiə Şurasının üzvüdür.

Fuad müəllim səmimi xeyirxah insandır. Tələbələr müdavimlər arasında yüksək nüfuza malikdir. Kulturologiya idarəetmə sahəsində müxtəlif ixtisaslar üzrə kadrların hazırlanmasında böyük xidmətləri vardır.

Professor Fuad Məmmədov ölkəmizdə ictimai xadim elm sahəsində maarifçi kimi yaxşı tanınır. SimurqAzərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədridir, “Mədəniyyət Cəmiyyətdaimi kulturoloji seminarın elmi rəhbəridir, “İdrakkulturoloji televiziya verilişinin müəllifi aparıcısıdır. Onun 22 illik fəaliyyəti rəhbərliyi altında Azərbaycan dünya mədəniyyətinin tarixi nəzəriyyəsi məsələlərinə həsr olunmuş 300-dən artıq yerli, regional, milli beynəlxalq səviyyəli seminarlar, treninqlər, konfranslar, “dəyirmi masa”lar keçirilmişdir.

Görkəmli alim, professor Fuad Məmmədovun 70 yaşı tamam olur. Dəyərli alimə böyük uğurlar diləyirik.

 

Musa QULUZADƏ,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının professoru,

tarix elmləri doktoru

 

Azərbaycan.- 2016.- 27 oktyabr.- S.7.